Hazırda Antalyada olan milli komandamızın baş məşqçisi Robert Prosineçki müsahibə verib. Müsahibəni təqdim edirik.
- 21 yaşadək futbolçulardan ibarət milli komandamızın Ukraynaya qarşı keçirdiyi oyunu (2:1) canlı olaraq izlədiniz. Görüş barədə nə deyə bilərsiniz?
- Maraqlı oyun izlədik. Komandamızın oyunundan razı qaldım. Namiq Ələsgərov uzun fasilədən sonra yaxşı oyun nümayiş etdirdi. Amma təkcə onun yox, bütün komandanın çıxışını bəyəndim. U-21 həqiqətən də gözəl oyun sərgilədi. Rəqibin də güclü olduğunu unutmayaq. Ukrayna millisi ciddi rəqibdi.
- Namiq Ələsgərovun çıxışını qeyd etdiniz. Onun “Kəpəz”ə keçməsini düzgün addım hesab edirsiniz?
- Namiq ağıllı uşaqdı. O, hara getdiyini bilir. Bu addımı düzgün atdı. Mən onu dəstəkləyirəm. Namiq bu gün Ukrayna ilə oyunda da sübut etdi ki, Azərbaycandakı ən yaxşı futbolçulardan biridi. Əsas millinin formasını cəmi 1 oyunda geydikdən sonra zədələndi. Malta ilə matçda da yaxşı təsir bağışlamışdı.
- Artıq bir neçə gündür ki, Antalyadasınız. Buradakı klublarımızın hazırlığını necə dəyərləndirirsiniz?
- Antalyada hazırlıq üçün şərait əladı. Meydançaların durumu gözəldi. Üstəlik, yoxlama oyunlarındakı rəqiblər də güclüdü. Maraqlı oyunlar izləyirik. “Qəbələ” və “Qarabağ”ın oyunlarından razı qaldım. Digərləri də pis deyil.
- Premyer Liqa klublarının yarısı bu il qış hazırlığını ölkə daxilində keçirir...
- Antalyada olmağın üstünlüyü odur ki, yaxşı rəqibləri daha tez tapırsan. Bakıda qalan komandalar da diqqətimizdədir. Onların çıxışlarını köməkçilərim izləyir. Mənə hər gün məlumat verirlər. 5 klub ölkədə qalmağa məcbur oldu. Amma aydın məsələdir ki, Antalyada hazırlıq keçmək daha yaxşıdı.
- Antalyada hazırlıq keçən millinin futbolçularının durumu necədi?
- Onların da vəziyyətindən razıyam. Mütəmadi olaraq məşqləri, oyunları izləyirik. Bildiyiniz kimi, martda milli də burada toplanış keçəcək. Eləcə də Qazaxıstanla qarşılaşacağıq. Maraqlı oyun olacaq. O vaxta qədər çempionat oyunlarını da izləyəcəyik. Ümid edirəm ki, martda Antalyaya optimal heyətlə gələcəyik. Bundan başqa, ölkə xaricindəki futbolçularımızın da çıxışını izləyirik. Dmitri Nazarov bir neçə gün əvvəl “Bavariya”ya qol vurdu. Eddi Israfilov oyundan oyuna artırır.
- Azərbaycan klublarında yaşanan maliyyə problemi sizi narahat edir?
- Mən bu suala necə cavab verim? Axı maliyyə işinə mən baxmıram. Ümid edirəm ki, ciddi problem olmayacaq.
Mənbə: Futbolxeber.az
"Qarabağ"ın rəqibi mövsümün ilk matçına çıxdı
DÇ-2026 FİFA-ya rekord gəlir qazandırdı
İspanlara qol vuran milli baş məşqçisiz qaldı
Finaldan sonra mətbuat konfransında ağladı - Video
"Araz-Naxçıvan"dan böyükhesablı qələbə
“Qarabağ” - “Vestri” matçı bu göstəricidə birinci oldu
Kevin Kiqan vəfat etdi
“Sabahın Ulduzları” üçün imzalar atıldı - Şəkillər
“Azərbaycanda uşaq-gənclər futbolunun yeni təməlini qoyuruq”
“Şamaxı” ilk yoxlama matçına çıxdı
"Sabah" bu cütün favoritidir" - KuPS-un baş məşqçisi
"Liqa mərhələsi barədə danışmaq hələ tezdir" - Dambrauskas
"KuPS-u məğlub edəcək gücdəyik" - "Sabah"ın futbolçusu
“Karvan-Yevlax” qapıçı transfer etdi
İnfantino çempionlara üzük hədiyyə etdi - Video
“Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
“İmişli”də yeni məşqçi təyinatı
"Şəfa"nın yeni transferi
"Qarabağ"ın da potensial rəqibi bəlli oldu
Çempionluq medalını anasına verdi - Video
"Zirə" onunla 5 illik müqavilə bağladı
DÇ-2026-nın rəmzi komandası
Prezident İlham Əliyevdən İspaniyaya təbrik
"Sabah"ın 3-cü mərhələdəki potensial rəqibi müəyyənləşdi
Keyn: "Yas içindəyik, amma Tuxelə etibar edirik”
"Turan Tovuz" üçün yeni rəqib
"Sabah"ın rəqibi Bakıdadır - Video
Mundiallar tarixində yeni rekord - 6,8 milyon...
Skaloni Argentina millisindəki gələcəyi haqda
Yamal Messini qucaqladı - Finaldan fotolar
Dünyada ilk!