“Xəzər Lənkəran” I diviziona göndərilə bilər

“Xəzər Lənkəran” I diviziona göndərilə bilər
ÖLKƏ FUTBOLU 22 Yanvar 2016 / 16:13 7010
-  A +

FiFA-nın “Xəzər Lənkəran”a  sabiq futbolçularına olan borcunu ödəmək üçün verdiyi müddət bu gün başa çatır.

Klubdan Qol.Az-a verilən məlumata görə, FİFA-ya heç bir ödəniş edilməyib. Cənub təmsilçisi nəzərdə tutulan məbləği ödəmək imkanına malik olmadığı üçün FİFA-dan veriləcək cəzanı gözləyir.

Sabah FİFA-nın “Xəzər Lənkəran”a hansı sanksiya tədbiq edəcəyi bəlli olacaq. Klubu üç sanksiya gözləyir. Komandanın 6 xalı silinə, yaxud da 2 illik avrokuboklardan uzaqlaşdırıla bilər. Həmçinin, FİFA-nın “Xəzər Lənkəran”a əlavə müddət verəcəyi gözlənilir ki, bu vaxt ərzində nəzərdə tutulan borclar ödənilməsə, klub I diviziona göndəriləcək.

Qeyd edək ki, “Xəzər Lənkəran”ın sabiq futbolçuları Qalin İvanov, Eder Bonfim və Renato Moreyraya 800 min dollar borcu var.

Daha çox


Son xəbərlər