Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ann.tv saytının əməkdaşı Rasim Əliyevin ölümündə təqsirləndirilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin cinayət işi üzrə məhkəməsinin növbəti prosesi keçirilib.
Qol.Az-ın "Report"a istinadən məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda Samir Mustafayev və Rasim Əliyevin anası Seyfurə Əliyeva ifadə verib.
Samir Mustafayev ifadəsində digər təqsirləndirilən şəxslərin heç birini tanımadığını bildirib: "Tanışım Pərviz mənə dedi ki, Bayıla adamlar gələcək, onları qarşılamaq lazımdır. Pərviz Elşən İsmayılovun qohumudur. Mən Elşən də daxil olmaqla digər təqsirləndirilən şəxsləri tanımırdım. Mən tanımadığım həmin şəxsləri Pərvizin xahişi ilə qarşıladım. "Bayıl Market"in qarşısında bizə bir nəfər yaxınlaşdı. Bizə salam verdi. Dərhal onu döyməyə başladılar. Döyülən şəxs Rasim Əliyev idi. Onu yerdən qaldırdım. O da ayağa duran kimi qaçdı. Camal isə mənə "qaç çıx get" dedi. Rasimi Kənan və mən vurmamışam".
R.Əliyevin anası isə bunları deyib: "Rasimə bir neçə dəfə zəng gəldi. Mənə Cavid Hüseynovun zəng etdiyini dedi. Rasim həmin vaxt aralarından olan söhbəti mənə danışdı. O, telefonla Cavidə söyüş söyməyib. Cavid ona yenidən zəng vurdu ki, "bibim oğlu səninlə görüşüb çay içmək istəyir". Sonra Elşən İsmayılov zəng vurdu. Rasimi Cavidlə Elşən evdən aldadaraq çıxardılar. Çünki Rasim onunla gülə-gülə danışırdı. Bir qədər sonra eşitdim ki, Rasimi döyüblər. Xəstəxanada ona Babək həkim baxırdı. O dedi ki, "rentgendən keçib, heç bir problemi yoxdur, dörd qabırğası sınıb". Evə gəldim ki, Rasimə paltar aparım. Oğlum zəng vurdu ki, Cavid Hüseynov və "Qəbələ" klubunun meneceri xəstəxanaya gəlib. Rasim Cavidin peşmançılıq hissi keçirdiyini bildirdi. Oğlum dedi ki, əvvəlcə Cavid Elşənin onun bibisi oğlu olduğunu danıb. Bir qədər sonra Babək həkim zəng vurub dedi ki, Rasimin vəziyyəti pisləşib, özününüzü xətəxanaya çatdırın. Xəstəxanada bizi Babək həkim və saday həkim qarşıladı. Saday həkim Babək həkimə dedi ki, "Rasimin sağ və sol qabırğaları sınıb, niyə mənə bu haqda deməmisiz?" Babək isə həmkarına "məlumat vermişik də..." dedi. Rasim reanimasiya şöbəsində yatırdı. Məni zorla otaqdan çıxartdılar. Səhərə yaxın oğlum keçindi".
Məhkəmənin növbəti prosesi yanvarın 26-na təyin edilib.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi