“Neftçi” klubunun Futbol Akademiyasının qapıçılar üzrə məşqçisi vəzifəsindən uzaqlaşdırılan Hüseyn Məhəmmədov bu gün mətbuat konfransı keçirib.
Qol.Az-ın məlumatına görə, veteran futbolçu klubun onu mərc oyunlarında iştirakı səbəbindən işdən çıxarılması ilə bağlı verdiyi açıqlamaya etiraz edib.
“Məni işdən çıxara bilərlər. Amma qumarbaz kimi şərləməsinlər. Bu hal mənim üçün xoş deyil. Mənim futbolda uğrularım var. Biz hazırda işimizin gözəlliyindən danışmalıyıq. Mənim futbolçu və məşqçi kimi gördüyüm iş qiymətləndirilməlidir. Bu gün bizim MDB kubokunda Ermənistan klubuna qalib gələn günümüzdür. Mənim qumarbaz adlandırılmağım düzgün deyil. Mən “Topaz” məntəqəsinə getmirəm. Həmişə komandanın başında olmuşam. Bunu yazanlar da etiraf edib ki, həmin şəkillər 1 il yarım əvvələ aiddir. Məni kişi kimi işdən çıxaraydılar. Bu adla işdən çıxarılmağım düzgün deyil”.
H.Məhəmmədov məsələ ilə bağlı AFFA prezidenti Rövnəq Abdullayevə şikayət məktubu göndərəcəyini də qeyd edib: “Mən Azərbaycan çempionuyam. Əllərində heç bir sübut olmadan məni işdən çıxarırlar. Bununla bağlı AFFA prezidenti Rövnəq Abdullayevə şikayət məktubu göndərəcəm. Bu barədə həmçinin, klubun rəsmi saytında təkzib verilməsini də istəyirəm”.
H.Məhəmmədov “Topaz” məntəqəsində olması barədə də danışıb: “Qeyd etdiyim kimi, həmin vaxt mən “Neftçi” də işləmirdim. Ümumiyyətlə, mərc oyunlarına nə həvəsim nə də imkanım var. Sadəcə, həmin kafe mənim dostumundur. Dostumla görüşmək üçün ora getmişdim. Mən ailəmə halal çörək yedizdirmişəm”.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi