"Zirə" ilk yoxlama oyununda uduzdu

"Zirə" ilk yoxlama oyununda uduzdu
ÖLKƏ FUTBOLU 16 Yanvar 2016 / 22:40 7435
-  A +

Türkiyənin Antalya şəhərində məşqlərini davam etdirən “Zirə” bu gün ilk yoxlama oyununa çıxıb.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə,  əvvəlcə bu tarixdə “Traktor Sazi” ilə müqavilə imzalansa da, Təbriz klubunun Antalya toplanışından imtina etməsi üzündən dəyişiklik edilib.

Adil Şükürovun komandası bu gün Qazaxıstanın “Ordabaşı” klubu ilə üz-üzə gəlib. Bu oyunda "Zirə" 1:4 hesabı ilə uduzub.

Növbəti matçda “Zirə” Almaniyanın Regional liqası təmsilçilərindən “Optik”lə görüşəcək. Həmin oyun Sidedə baş tutacaq və saat 17:00-da başlayacaq. Yanvarın 22-də isə “Zirə” Rumıniyanın “Tırqu-Mureş” klubu ilə üz-üzə gələcək.  





16 yanvar

Yoxlama oyunu

"Zirə" - "Ordabaşı" (Qazaxıstan) - 1:4
Qollar:
Radivoeviç, 40 (0:1), Nurqaliyev, 45 (0:2), Nurlan Novruzov, 55 (1:2), Xaykibasov, 65 (1:3), Yunuzoviç, 66 (1:4)

Daha çox


Son xəbərlər