21 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Yaşar Vahabzadə müsahibəsi
- U-21 millimiz yanvarın 18-dən 28-dək Antalyada təlim-məşq toplanışında olacaq və beynəlxalq turnirdə iştirak edəcək. Bu yarış əvvəldən nəzərdə tutulmuşdu, yoxsa başqa variantlar da var idi?
- Yox, əvvəldən bu turnirlə bağlı planımız yox idi. Təşkilatçılar bizə təklif göndərdilər. AFFA rəhbərliyi də sağ olsun ki, yarışda iştirakımıza razılıq verdi.
- Komanda ötən il də Antalyada təlim-məşq toplanışında olmuşdu və yoxlama oyunlarında gücünü sınamışdı. Söyləmək olar ki, bu dəfə belə turnirdə iştirak yığmamıza daha faydalı olacaq?
- Təbii ki, bu turnirin komandamıza çox xeyri olacaq. Seçmə mərhələdə növbəti oyunumuzu martda keçirəcəyik. Həmin vaxta qədər hazırlıq üçün təqvimdə xüsusi vaxt yox idi. Bu səbəbdən də turnirdə iştirakın, oyunların komandamız çox faydası dəyəcək.
- Turnirin səviyyəsini necə qiymətləndirirsiz?
- Yarışda bizimlə yanaşı, Bəhreyn, Səudiyyə Ərəbistanı, Ukrayna, Albaniya və Türkmənistanın U-21 yığmaları mübarizə aparacaq. Maraqlı yarış olacaq. Turnir iştirakçıları zəif deyillər.
- Antalyaya aparacağınız heyəti hələ açıqlamamısız. Yeni adlar görə biləcəyik?
- Bəli, heyətdə yeni adlar olacaq. Futbolçuların bir qismi bizimlə birgə səfərə yollanacaq. Bir qismi isə komandaya elə Antalyada qoşulacaq. Hazırda Antalyada olan futbolçuların klubları ilə artıq danışıq olub. Onların yığmanın düşərgəsinə qoşulmasında heç bir problem olmayacaq.
- Yəni, heyətdə görmək istədiyiniz futbolçuların hamısı düşərgədə olacaq.
- Zədəliləri çıxmaq şərti ilə. Çünki Elşən Abdullayev, Orxan Əliyev, Fəhmin Muradbəyli hazırda zədədən əziyyət çəkirlər. Eləsi var ki zədəsi tam bərpa olmayıb, bəzisi bərpa dövrü keçir, məşqlərə yeni başlayıb. Bu səbəbdən də həmin oyunçulara dəvət göndərə bilmərik.
- “Antalya Cup”da millimizin məqsədi yalnız yeni oyunçuları sınamaq olacaq, yoxsa nəticə də vacibdi?
- Təbii ki, ilk növbədə oyunçulara baxacağıq. Amma nəticə də önəmlidi. Çünki hər komanda uğur qazanmaq istəyir. Buna görə də uğurlu nəticə qazanmağa da çalışacağıq. Antalyada məqsədimiz həm nəticə qazanmaq, həm də oyunçuları yoxlamaqdı.
- Komandanız növbəti rəsmi oyununu martda səfərdə Rusiyaya qarşı keçirəcək. Bakıdakı böyükhesablı yenilgidən sonra Rusiya millisində baş məşqçi dəyişikliyi oldu və aydın məsələdir ki, rəqib ikinci oyuna çox ciddi hazırlaşacaq. U-21 Bakıda olduğu kimi səfərdə də rusların əhvalını korlaya biləcək?
- Həqiqətən də Bakıda qazandığımız 3:0 hesablı qələbədən sonra Rusiyada böyük ajiotaj oldu. Komandada baş məşqçi dəyişikliyi baş verdi. Ruslar martdakı oyuna çox ciddi hazırlaşacaqlar. Amma biz də bekar dayanmırıq. Elə Antalyada keçirəcəyimiz hazırlıq da qarşıdakı matça hesablanıb. Futbolda hər şey ola bilər. Biz səfərdə də rusları məğlub edə bilərik, uduzmağımız da mümkündü. Sadəcə rusların bu qədər hay-küy etməsinə ehtiyac yox idi. Dediyim kimi, martdakı görüşə tam gücümüzlə hazırlaşacağıq. Təki zədəlilərimiz olmasın.
Mənbə: futbolxeber.az
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır
"Çempion olsaq da, maaş almırdıq"
2-ci liqada 2-ci tura yekun vuruldu
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir"
İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı
2-ci liqada 2 turun təqvimi açıqlandı
“Karvan-Yevlax” koreyalı futbolçu transfer etdi
İlin ən yaxşı gənc futbolçusu adına namizədlər
Kurtua, Martinez, Vozinya...
Pikedən "Real" azarkeşinə cavab
Kilsə, şərf və "Vyeçista”ya transfer - Şəkillər
İlin məşqçisi adına namizədlər açıqlandı
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Kəpəz" - "Qəbələ" matçı 1 dəqiqəlik sükutla başlayacaq
Millimizin sabiq baş məşqçisi BƏƏ klubunda
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edilib
“Qarabağ” Koxalskinin gedişini açıqladı - Bu kluba keçdi
Türk Hava Yolları “Liverpul”un sponsoru oldu
“Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
Keyn: “Çempionlar Liqasını qazanmağa yaxınıq”
AFFA-dan klublara cərimələr
ÇL-in oyunları bu kanallarda
“Liverpul” Avropanın ən nüfuzlu klubu seçildi
"Səbail" Fransadan oyunçu aldı
“Barselona”nın gəliri 1 milyard avronu keçsə də...
Bülent Korkmaz təyinatından 2 ay sonra istefaya göndərildi
Millimizin üzvü “Sampdoriya”da növbəti oyuna çıxdı
Mbappe Ronaldonun məşhur hərəkətini təkrarladı - Video
“Latsio”dan əzmkar qələbə - Video
Superliqada 4-cü tura yekun vuruldu
Toral oynadı, "Bursaspor" qələbə qazandı
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır