Droqba təkzib etdi: "Karyeramı başa vurmamışam"

Droqba təkzib etdi: "Karyeramı başa vurmamışam"
XƏBƏR 7 Yanvar 2016 / 13:39 4060
-  A +

Kanadanın "Monreal İmpakt" klubunun hücumçusu Didye Droqba futbolçu karyerasını başa vurduğu iddialarına münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, o, özünün "tvitter" hesabı vasitəsi ilə bu xəbərləri təkzib edib:

"Hələ futbolçu karyeramı başa vurmamışam. Gələcəyimlə bağlı "Monreal İmpakt"lə danışıqlar aparıram".

Qeyd edək ki, D.Droqbanın "Çelsi"nin baş məşqçisi Qus Hiddinkin köməkçisi olacağı gözlənilir.

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner