"İlk olaraq Ramin Musayevin bayramını təbrik edirəm. Ola bilər ki, köməkçiləri onu düzgün məlumatlandırmayıblar. Çünki Peşəkar Futbol Liqası qadağa qoyan qurum deyil".
Qol.Az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bunu "Xəzər Lənkəran" klubunun vitse-prezidenti Tuyqun Nadirov PFL prezidenti Ramin Musayevin borc səbəbindən klublara transfer qadağasının qoyulduğuna dair fikirlərinə münasibət bildirərkən deyib.
T.Nadirov "Xəzər Lənkəran"ın borcu olduğunu gizlətməyib. Klub rəsmisi buna baxmayaraq, PFL-in transfer qadağası qoymaq hüququna malik olmadığını söyləyib: "Xəzər Lənkəran" həmişə pulu birinci ödəyən klublardandır. Düzdür, bizim borcumuz var, amma bu da ödəniləcək. Alacaqlarımızı aldıqda borclar ödəniləcək. Baş sponsordan əlavə, sponsorlarımız da var. Onlar da müəyyən qədər dəstək olurlar. Digər tərəfdən, yayım məsələsi var. Biz bunu inkar etmirik, verəcəyimiz var. PFL-i də başa düşürük, onlar çempionatı təşkil edir, çempionatı yüksək səviyyədə keçirirlər. Ancaq yardımçıları ona düzgün məlumat verməyiblər. Çünki bu işə sırf AFFA İntizam Komitəsi baxır. Klubun legionerlərə görə üzvlük haqqı ödənişinə borcu var. Ancaq biz PFL-dən top almamışıq, xaricdən gətirmişik. Ola bilsin, top məsələsini Ramin müəllim zarafatca deyib. Biz öz topumuzla oynayırıq. Akademiyamızı isə müqaviləmiz olduğu üçün "Puma" şirkəti topla təmin edir".
Vitse-prezident komandanın qış təlim-məşq toplanışını ölkədən kənarda keçirməyəcəyini və xaricə getməyəcək klublar arasında təşkil olunacaq turnirdə iştirak edəcəyini bildirib. T.Nadirov bir müddət əvvəl komandadan ayrılan qapıçı Orxan Sadıqlının geri döndüyünü də söyləyib: "Orxan gəlib dedi ki, başqa klublardan istəyən var və getmək istəyirəm. Biz də problem yaratmadıq, müqaviləsinə qarşılıqlı şəkildə xitam verdik. Bir neçə gündən sonra baş məşqçiyə geri qayıtmaq istədiyini bildirib. "Xəzər Lənkəran"a kimlərin gəlib, kimlərin gedəcəyinə baş məşqçi qərar verir. Baş məşqçi fikrində qətidirsə, Orxan komandada qalacaq. O bizim dəyərli yetirmələrimizdən biridir".
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır
"Çempion olsaq da, maaş almırdıq"
2-ci liqada 2-ci tura yekun vuruldu
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir"
İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı
2-ci liqada 2 turun təqvimi açıqlandı
“Karvan-Yevlax” koreyalı futbolçu transfer etdi
İlin ən yaxşı gənc futbolçusu adına namizədlər
Kurtua, Martinez, Vozinya...
Pikedən "Real" azarkeşinə cavab
Kilsə, şərf və "Vyeçista”ya transfer - Şəkillər
İlin məşqçisi adına namizədlər açıqlandı
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Kəpəz" - "Qəbələ" matçı 1 dəqiqəlik sükutla başlayacaq
Millimizin sabiq baş məşqçisi BƏƏ klubunda
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edilib
“Qarabağ” Koxalskinin gedişini açıqladı - Bu kluba keçdi
Türk Hava Yolları “Liverpul”un sponsoru oldu
“Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
Keyn: “Çempionlar Liqasını qazanmağa yaxınıq”
AFFA-dan klublara cərimələr
ÇL-in oyunları bu kanallarda
“Liverpul” Avropanın ən nüfuzlu klubu seçildi
"Səbail" Fransadan oyunçu aldı
“Barselona”nın gəliri 1 milyard avronu keçsə də...
Bülent Korkmaz təyinatından 2 ay sonra istefaya göndərildi
Millimizin üzvü “Sampdoriya”da növbəti oyuna çıxdı
Mbappe Ronaldonun məşhur hərəkətini təkrarladı - Video
“Latsio”dan əzmkar qələbə - Video
Superliqada 4-cü tura yekun vuruldu
Toral oynadı, "Bursaspor" qələbə qazandı
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır