"Sumqayıt" hazırlığa start verdi

"Sumqayıt" hazırlığa start verdi
XƏBƏR 5 Yanvar 2016 / 18:36 1857
-  A +

"Sumqayıt" Premyer Liqanın III dövrəsi üçün hazırlığa start verib.
 
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda bu gün Sumqayıt şəhər stadionunda ilk məşqinə çıxıb.

Təxminən 1,5 saat davam edən hazırlıq mərhələsi zamanı daha çox fiziki hazırlığa üstünlük verilib. Heyətdə zədəli futbolçu yer almayıb.
 
Qeyd edək ki, komanda hazırlıq mərhələsinin birinci mərhələsində 3 yoxlama oyunu keçirəcək. Yanvarın 9-da doğma meydanda "Şərurspor"u qəbul edəcək "Sumqayıt" həmin gün səfərdə AZAL-la səfərdə qarşılaşacaq.

Son xəbərlər