Məşhur idmançımız Rəşad Əhmədov bu gün 34 yaşını qeyd edir. Bu münasibətlə Qol.Az-ın əməkdaşı Azərbaycan taekvando məktəbinin istedadlı nümayəndələrindən olan Rəşaddan müsahibə alıb.
- Əvvəlcə ad gününüzü təbrik edirik.
- Təşəkkür edirəm. Bu il əvvəlkinə nisbətən daha çox təbrik aldım. Ad günümü valideynlərimlə bir yerdə qeyd edirəm. Yəqin ki, sabah da dostlarımla qeyd edəcəm.
- Keçmişi necə xatırlayırsınız?
- Məncə, hər şey normal keçib. İdmanda istəyimə tam nail ola bilməsəm də, pis nəticələrim olmayıb.
- İstəyiniz nə idi ki?
- Hər bir idmançı kimi mən də olimpiya medalını qazanmaq istəyirdim. Təəssüf ki, alınmadı.
- Ümumiyyətlə, karyeranız necə keçib?
- Düzü, karyeramı çox uğurlu saymıram. Azərbaycan taekvandoçuları arasında ilk dəfə olimpiya lisenziyasını mən qazanmışdım. İlk olimpiya medalını qazanmaq üçün də yaxşı imkanım vardı. Amma nə qədər çalışsam da, o medalı qazana bilmədim.
- İmkanınız olsa, keçmişdən nəyi dəyişmək istərdiniz?
- Xüsusi dəyişmək istədiyim bir şey yoxdur. Hər şey qaydasındadır. Sadəcə, yenə də qeyd edirəm, çox istərdim karyeramda olimpiya qızılı olsun.

- Karyeranızda ən təəssüfləndiyiniz döyüşünüz hansı olub?
- 2004-cü il Afina Yay Olimpiya Oyunlarında türk idmançı ilə döyüşümü hələ də unuda bilmirəm. Döyüş heç-heçə bitsə də, hakimlərin qərəzli mövqeyi məni finaldan etdi. Həmin vaxt indiki kimi “Qızıl xal” olmadığından hakimlər qələbəni rəqibə verdilər. O zaman 22 yaşım vardı. Olimpiya qızılı mənimçün böyük uğur olardı. Həmin döyüş məni çox heyfsləndirdi.
- Xatırlayıram, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına yola düşəndə açıqlama vermişdiniz ki, Afinada buraxdığım səhvləri Pekində etməməyə çalışacam. Amma yenə qızıl qazana bilmədiniz.
- Pekin olimpiadasına yaxşı hazırlaşmışdım. Yaxşı da formada idim. Amma olimpiadaya 2 ay qalmış dizimdən zədə aldım. Hətta yarışda iştirak etməyim də sual altında idi. Bütün planlarım alt-üst olmuşdu. Təvəkkül Bayramov məni əvəzləyə bilərdi olimpiadada. Amma o da əməliyyat olunduğundan hazırlaşıb özüm getməli oldum. Pekində mən yalnız təcrübəm hesabına döyüşə bildim.
- Ən güclü zərbəni kimdən almısınız?
- İran idmançısı Hadi Saiddən. Onunla iki dəfə döyüşmüşəm. Hər iki döyüşdə zərbələrindən əlim sınıb.
- Bəs, ən ağır zərbəni kimə endirmisiniz?
- Taekvando ayaqla boksdur. Zərbələr hər zaman təhlükəli və güclü olmalıdır. Ona görə bu suala rəqiblərim cavab versələr daha yaxşı olar.
- Dediniz ki, bizim vaxtımızda taekvando indikindən fərqli idi. İndiki idmançılarımızın uğurları sizi qane edir?
- Hamımızın istəyi budur ki, taekvando yaşasın və idmançılarımız Azərbaycan bayrağını zirvələrdə dalğalandırsın. Düşünürəm ki, ötən il də yaxşı nəticələr əldə etdik. İdmançılarımız həm 1-ci Avropa oyunlarında uğurlu çıxış etdilər, həm də dünya kubokuna sahib çıxdılar.
Ergün SEYİD
Redaksiyadan: Qol.Az saytının kollektivi Rəşad Əhmədovu doğum günü münasibəti ilə təbrik edir, ona işlərində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayır.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi