Qış fasiləsində "Qarabağ"dan ayrılaraq "Teplitsa" (Çexiya) klubuna transfer olunan makedoniyalı müdafiəçi Vladimir Dmitrovski Çexiya mətbuatına müsahibə verib.
Qol.Az-ın xəbərinə görə, o, müsahibədə "Qarabağ"da ehtiyatda qalmasından narazılıq ifadə edib.
- "Teplitse"yə keçidin necə baş tutdu?
- Son üç ay yarım müddətində "Qarabağ"da oldum. Hansı ki, ehtiyatda qalmağımdan narazı idim. Ona görə də "Teplitsa"dan təklif alanda, bunun mənim üçün yaxşı seçim olub-olmayacağını düşünmədim. "Qarabağ"la qarşılıqlı razılığa gəldim və tezliklə Çexiya klubuna keçdim.
- "Qarabağ"a transfer olunduqda Azərbaycan Premyer Liqasında artıq mövsümə start verilmişdi...
- Mən "Qarabağ"a sentyabrın 3-də transfer olundum. Həmin vaxtda oynamağa hazır idim. Ancaq komandada 12 legioner futbolçu çıxış edirdi. Lakin onlardan yalnız 6-sı oynaya bilərdi. Bu səbəbdən də baş məşqçi qarışıq heyəti meydana buraxırdı.
- "Teplitsa"ya "Qarabağ"la müqayisədə burada daha çox oynaya bilmək perspektivi ilə gəldin?
- Əgər buna layiqəmsə, düşünürəm ki, "Qarabağ"la müqayisədə "Teplitsa"da daha çox oynayacam. İntensiv məşqlər edərək bu şansı əldə etməyə çalışacam. Ümid edirəm ki, baş məşqçi mənə oynamaq şansı verəcək və mən də öz növbəmdə komandanın turnir cədvəlində irəliləməsinə kömək edəcəm.
- Dediyin kimi olsa, yəqin yenidən Makedoniya yığmasına dəvət alacaqsan...
- Ötən il "Kerkira"nın heyətində əla mövsüm keçirdim. Ona görə də yığmaya dəvət alırdım. Lakin sonradan mütəmadi oynamadığım üçün millidən kənarda qaldım. Ümid edirəm ki, "Teplitsa"da daha çox oynamaqla yenidən yığmaya çağırılacam.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi