"Trabzonspor"un oyunçusu millimizin düşərgəsində

"Trabzonspor"un oyunçusu millimizin düşərgəsində
XƏBƏR 3 Yanvar 2016 / 17:22 8389
-  A +

Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirdə yarışacaq Azərbaycan U-17 millisinin düşərgəsinə daha bir futbolçu qoşulub.

Söhbət “Trabzonspor”un üzvü Murat Cem Akpınardan gedir. Az əvvəl yığmamızın qaldığı otelə gələn futbolçu bu gün məşqə çıxacaq.

Xatırladaq ki, millimiz Qranatkin turnirindəki ilk oyununu sabah Latviya millisinə qarşı keçirəcək (futbolxeber.az).


Son xəbərlər
14.02.26  21:00

500-cü qolunu vurdu

14.02.26  20:24

Bərbad!..

topaz banner