Milli komandamız Sankt-Peterburqda ilk məşqinə çıxdı

Milli komandamız Sankt-Peterburqda ilk məşqinə çıxdı
XƏBƏR 3 Yanvar 2016 / 00:16 3019
-  A +

Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirdə yarışacaq Azərbaycan millisi Sankt-Peterburqda ilk məşqinə çıxıb.

Futbolxeber.az-ın Sankt-Peterburqa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, “Zenit” İdman Oyunları Sarayında baş tutan hazırlıq prosesi yerli vaxtla 18:00-da (Bakı vaxtı ilə 19:00) start götürüb. Məşq 1 saat davam edib. Hazırlıq prosində 19 futbolçu iştirak edib.

Xatırladaq ki, millimiz turnirdəki ilk oyununu yanvarın 4-də Latviya millisinə qarşı keçirəcək.

Son xəbərlər