Cerrard karyerasını bitirəcəyi vaxtı açıqladı

Cerrard karyerasını bitirəcəyi vaxtı açıqladı
XƏBƏR 2 Yanvar 2016 / 14:42 4215
-  A +

“Liverpul”un canlı əfsanəsi Stiven Cerrard bu il karyerasını başa vuracağını açıqlayıb.

Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə,  hazırda ABŞ-ın MLS liqasında mübarizə aparan “Los Anceles Qalaksi” klubunun futbolçusu olan təcrübəli yarımmüdafiəçi karyerasını başa vurub, məşqçilik kurslarına yazılacağını bildirib:

“Dəqiq tarix deyə bilmərəm, amma yəqin ki, bu il mənim futbolçu karyeramda sonuncu il olacaq. Mən Kloppla danışdım. “Liverpul” mənim geri dönüşümə razıdır. İlin sonunda doğma komandamda təcrübə toplaya bilərəm. Həmin vaxt məşqçi kurslarında da iştirak etməyi düşünürəm”.

Qeyd edək ki, 35 yaşlı futbolçu 17 il “Liverpul”un şərəfini qoruyub.

Son xəbərlər
14.02.26  21:00

500-cü qolunu vurdu

14.02.26  20:24

Bərbad!..

topaz banner