"Qəbələ" komandasının üzvləri Yeni İl arzularını səsləndiriblər.
Qol.Az xəbər verir ki, baş məşqçi Roman Qriqorçuk və futbolçular fikirlərini "Qəbələ İK" qəzetinə bildiriblər.
Roman Qriqorçuk: "Ukraynaya qayıtdıqdan sonra bir neçə gün Odessada oldum. Bundan sonra doğulduğum İvano-Frankovska yollanıb yeni ili doğmalarımla birgə keçirəcəyəm. Latviyada yaşayan qızımın öz planları olduğundan, yeni ili birgə qeyd edə bilməyəcəyik. 2015-ci il mənim üçün çox uğurlu, yaddaqalan oldu. Sıx qrafiklə işlədik, gördüyümüz işlərin nəticəsində yaxşı uğurlar əldə etdik. Ona görə də bu ili birmənalı olaraq aktivə yazıram. İdmanda nəticə qazanmaq üçün ilk növbədə möhkəm can sağlığı, həm də güclü xarakterin olmalıdır. Mən bunları, həm də özümüzə, həm də hamıya arzulayıram. Yeni iliniz mübarək!”.
Ruslan Abışov: "2015 mənim üçün uğurlu il oldu. Qazandığım medalların sırasına daha birini bu il əlavə etdim. "Qəbələ”nin ötən mövsüm mükafatçılardan biri olacağı çoxları üçün gözlənilməz olsa da, bunu bacardıq. Komandamız tarixində ilk dəfə avroliqanın qrupunda çıxış etsə də, təəssüf ki, mən həmin oyunlarda meydançaya çıxa bilmədim. Hər zaman iddialı klublarda çıxış etmək istəmişəm və "Qəbələ” bunlar sırasındadır. 2016-cı ildə qovuşmaq istədiyim arzular çoxdur. "Qəbələ”ylə çempion titulunu, kuboku qazanmaq istəyirəm. Gerçəkləşdirmək çətin olsa da, buna inanıram. İnanıram ki, 2016-cı il hamımız üçün daha uğurlu olacaq. Şəxsi planda əsas istəyim ailə həyatı qurmaqdır. Mənin üçün ən yaxşı istirahət evdə, ailəmin yanında olmaqdır”.
Rəsad Sadiqov: "Qəbələ”nin qrupa düşməsi həm klub, həm də Azərbaycan futbolu üçün çox gözəl nəticə oldu. Buna görə 2015-ci ili bizim üçün uğurlu il adlandırmalıyıq. Qrupda oynamaq hər futbolçuya nəsib olmur. Mənə isə bu 2-ci dəfə qismət oldu. Növbəti ildə yenə çempionatın mükafatçısı olub, avrokuboklarda uğurla mübarizə aparmağımızı arzulayıram. Premyer Liqada əsas hədəfi miz çempion olmaqdır və bunun üçün var qüvvəmizlə mübarizə aparacağıq. Bu il "Qəbələ”də ilk medalımı qazandım. 2016-cı ildə isə klubla ilk qızıl mükafat qazanmaq istəyirəm".
Elvin Camalov: "2015-ci il bizim üçün bir çox cəhətdən əlamətdar oldu. Sözsüz ki, ən yaddaqalan hadisə Avropa Liqasında 4 mərhələ keçərək qrupa düşməyimiz oldu. Mənə Dortmundda "Borussiya”ya, Salonikidə PAOK-a qarşı oynamaq nəsib oldu. Bu, futbol həyatımda ən əlamətdar günlər kimi yadda qalacaq. Bu il "Qəbələ”nin əsas heyətində möhkəmlənə bildim. Akademiyamızın yetirməsi kimi buna nail olduğuma görə xoşbəxtəm. 2016-cı ildə yenidən avrokuboklarda çıxış edib, daha yüksək nəticə qazanmağa çalışacağıq. Yeni ildə "Qəbələ” ilə çempion olmağı və futbolçu kimi oyun səviyyəmi artırmağı arzulayıram".
Məhəmməd Mirzəbəyov: "Mənim üçün çox yaxşı keçən 2015-ci ildə 2 klubun şərəfini qorudum. "İnter”lə gümüş medal qazandıqdan sonra "Qəbələ”yə keçdim. Bu, karyeramda irəliyə doğru addım oldu. Çünki yeni komandamla Avropa Liqasının qrup mərhələsinin iştirakçısı oldum. Bu, hər futbolçu üçün böyük əhəmiyyət kəsb edən turnirdir. Belə yarışda çıxış etmək çox faydalıdır. İnanıram ki, 2016-cı ildə də nəticə qazana biləcəyik. Uzun müddətdir ayrı qaldığım ailəmin yanında, Dağıstandayam. İstirahət müddətində bir sıra futbolçularla birgə müqəddəs yer olan Məkkəyə getməyi planlaşdırıram”.
David Pietrzkieviç: "2015-ci il mənim yaxşı il oldu. Ən əsası, mənə doğma olan "Qəbələ”yə qayıtdım. 2016-cı ildə komandamızın əsas qapıçısı olmaq arzusundayam. Təbii ki, yüksək nəticə, çempionluq öz yerində. Həyatda can sağlığı vacibdir və bunu təkcə ailəmə deyil, hamıya arzulayıram. Dostlarıyla, ailəmlə birgə Polşada istirahət edirəm".
Ermin Zets: "2015-ci il mənim yadımda xüsusi olaraq qalacaq. Çünki "Qəbələ”yə gəldim, avroliqada böyük uğurlar əldə etdik. Şəxsi həyatımda da mənim üçün xoş olacaq bir xəbərin intizarındayam. Çünki həyat yoldaşımla övlad gözləyirik. Ümid edirəm ki, 2016-cı il həm karyeramda, həm də şəxsi həyatımda uğurlu olacaq".
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı
Azərbaycanda "ayın qolu"! Gözəlliyə baxın...- Video
"Bir gün yenidən “Neftçi”də olmaq istəyirəm" - Flavinyo
3 komandaya texniki məğlubiyyət verildi
AFFA baş məşqçiyə sərt cəza tətbiq etdi
Ürəyində problem yarandı, 34 yaşında karyerasını başa vurdu
"Razıyam, qolum baxımlı oldu" - Zubir
"Napoli" "Milan"a belə qalib gəldi - Video
Oğlu Luçeskunun durumundan danışdı
“Arsenal”ın məşqində qeyri-adi tapşırıq - Video
"Napoli" "Milan"a qalib gəldi, "Yuventus"dan qələbə
"Arsenal" "Sportinq"lə oyuna itkilərlə çıxacaq
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı