Gənclər və idman naziri Azad Rəhimov peşəkar kikboksinq üzrə dəfələrlə dünya və Avropa çempionu, müxtəlif Qran-prilərin qalibi Zabit Səmədovu qəbul edəcək.
Qol.Az-ın “Report” agentliyinə istinadən yaydığı xəbərə görə, bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova bildirib.
Onun sözlərinə görə, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev Z.Səmədovu qəbul etməsi xahişi ilə A.Rəhimova müraciət edib. Sadəcə, nazir rəsmi məzuniyyətdə olduğundan, görüşün yanvarın 12-dən sonra keçirilməsi planlaşdırılıb.
S.Məmmədova bildirib ki, Gənclər və İdman Nazirliyinə və nazir Azad Rəhimovun adına Çeçenistandan Zabit Səmədovun bir neçə gün öncə iştirak etdiyi döyüşlə bağlı dəvət məktubu gəlməyib: "Ola bilsin, hansısa texniki səbəbdən, məktub çatmayıb. Amma təbii ki, onun uğuru bizi çox sevindirir. Səmədov Azərbaycan idmançısıdır və ölkəmiz adından döyüşür. Amma onun qatıldığı yarışlar sırf kommersiya xarakteri daşıdığından, biz bir dövlət qurumu olaraq, maliyyə dəstəyi göstərə bilmirik".
Qeyd edək ki, Zabit Səmədov Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kikboksinq Federasiyası tərəfindən ona lazımi dəstəyin verilmədiyini açıqlayıb.
Bundesliqa klubundan "Nyukasl"a keçdi
FİFA cəzasını təxirə saldı
“Şamaxı”dan növbəti transfer
İngiltərə millisində itki
"Qəbələ" yeni mövsüm hazırlıqlarına başladı - Şəkillər
"Real"ın futbolçuları bütün klubları geridə qoydu
"Onlar haqqında hər şeyi bilirik" - Tomas Tuxel
Sabiq "Çelsi"li karyerasını bitirdi
"Meksika futbolu üçün tarixi matçlardan biri olacaq"
Bu da “Qarabağ”ın 8-ci transferi - Rəsmi
Həm bombardirdilər, həm də "tənbəl"
DÇ-2026-da ən çox qol epizodu yaradan müdafiəçi oldu
Braziliya Norveç tilsimini qıra biləcək?
"Zirə" afrikalı oyunçu transfer etdi
"Real"ın ilk tur matçı təxirə salına bilər