"Qəbələ" futbol komandasının builki çıxışı Ukrayna mətbuatının da diqqətindən yayınmayıb. Həmkarlarımız 2015-ci ilin yekunları ilə bağlı təhlillərində baş məşqçi Roman Qriqorçuk, futbolçulardan Aleksey Qay və Dmitri Bezotosnıya da yer ayırıblar.
Qriqorçuk və digər baş məşqçilərin əcnəbi klublarda göstərdikləri nəticələr "Top-10"da "məşqçi sıçrayışı" kimi əksini tapıb. "Footboom.com" saytı 50 yaşlı mütəxəssisin nailiyyəti barədə bunları qeyd edib: "Roman Qriqorçuk ukraynalı mütəxəssislərin işləməyi bacardıqlarını sübut etdi. "Çernomorets"in sabiq baş məşqçisi "Qəbələ" ilə Azərbaycan çempionatının gümüş medalını qazandı və klub tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Bundan başqa Roman İosifoviç mətbuat konfransına "aerodrom"la gəldi. İlin sonunda isə Qriqorçuk Azərbaycanda ilin baş məşqçisi seçildi".
Bundan əlavə "Qəbələ"nin iki futbolçusu Ukraynanın 2015-ci ilin simvolik komandasında da yer alıb. Yarımmüdafiəçi Aleksey Qay əsas, qapıçı Dmitri Bezotosnı isə ehtiyat oyunçu kimi siyahıya daxil edilib. "Ua-football.com" saytı Aleksey Qay və Dmitri Bezotosnı haqda bunları qeyd edib: "Təcrübəli Qay Azərbaycan komandası üçün vacib oyunçudur. O, mövsüm ərzində bütün matçlarda forma geyinib və həmişə əsas heyətdə meydana çıxıb. Onun uğurlu çıxışı və qolu sayəsində Qriqorçuk rekord qələbəyə imza atıb, "Qəbələ" üçün məğlubiyyətsiz seriya yaranıb. Onun ötürməsi nəticəsində Dodo "Panatinaikos"un qapısına yol tapıb və komanda Avropa Liqasının qrup mərhələsinə yüksəlib. Qay 2015-ci ildə stabil çıxış edib. Bezotosnı da kolleksiyasına Azərbaycan çempionatında qazanılmış gümüş medal əlavə edib, "Qəbələ" ilə Avropa Liqasının qrup mərhələsinə yüksəlib. O, Avropa Liqasının təsnifat mərhələsində Yunanıstanın PAOK klubu ilə iki, "Panatinaikos"la isə bir oyunda qapısını toxunulmaz saxlayıb".(sportnet.az)
Bakıda matçın ən yaxşı futbolçusu müəyyənləşdi
"Sabah" "Barselona"ya məğlub oldu
"Real" da addım atmalıdır"
Nazirlər “Sabah” - “Barselona” oyununda - Video
Heyətdən kənarda qaldı, klubla bağlı paylaşımlarını sildi
“Latsio”nun futbolçusuna göz dikdilər
"Qızıl top" siz jurnalistlər üçündür"
"Sabah" - "Barselona": Heyətlər
Matçda iştirak etmədən 2 oyunluq cəzalandırıldı
“Nyukasl” səhmlərini satışa çıxarıla bilər
Qvardiola milli komandanı çalışdıra bilər
Səhv qərar versə də, klubdan üzr istəməyəcək
Elçin Məsiyev dünya çempionatına təyinat aldı
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
"Sabah"ın U-19 komandası "Barselona"ya 7 qolla uduzdu
“Barselona” və “Real” barışıq əldə edə bilmədi
Yunis Hüseynovun cəzası bilindi
Burnu qırılan "Qalatasaray" futbolçusu əməliyyat edildi
“Qarabağ”ın xanım azarkeşləri üçün pulsuz biletlər
Musialanın səhhəti ilə bağlı mühüm detal üzə çıxdı
Zaur Həşimovla bağlı qərar verildi - "Şəfa"da iclas
İsrail "Qalatasaray" azarkeşlərindən UEFA-ya şikayət etdi
“Tottenhem”də yeni müqavilə
"Real" PSV-ni belə darmadağın etdi - Video
İtaliya millisinin təklifini rədd etdiyini açıqladı
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Çempionlar Liqasında iki tarixi rekord
Amerika kuboku bu ölkədə keçiriləcək