Qış fasiləsində təlim-məşq toplanışının 2-ci mərhələsini Türkiyənin Antalya şəhərində keçirəcək "Zirə"nin yoxlama oyunlarında qarşılaşacağı rəqiblərdən birinin adı müəyyənləşib.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "qartallar" yanvarın 22-də baş tutacaq qarşılaşmada Rumıniyanın yüksək liqa təmsilçisi "Tırqu-Mureş" klubu ilə üz-üzə gələcək.
Oyun saat 15-00-da başlayacaq. "Tırqu-Mureş" hazırda turnir cədvəlində 5-ci sırada qərarlaşıb və liderdən 11 xal geri qalır. Ötən mövsüm isə bu komanda çempionatın gümüş medalını qazanaraq Avropa Liqasına vəsiqə əldə edib. Avroliqanın 3-cü mərhələsində Fransanın "Sent-Etyen" klubuna məğlub olan "Tırqu-Mureş" mübarizəni dayandırıb. Komandanın baş məşqçisi Rumıniya futbolunun tanınan simalarından, yaxın keçmişin ən yaxşı müdafiəçilərindən olan Dan Petreskudur.
Musiala əməliyyat olundu
Bundesliqa klubundan "Nyukasl"a keçdi
FİFA cəzasını təxirə saldı
“Şamaxı”dan növbəti transfer
İngiltərə millisində itki
"Qəbələ" yeni mövsüm hazırlıqlarına başladı - Şəkillər
"Real"ın futbolçuları bütün klubları geridə qoydu
"Onlar haqqında hər şeyi bilirik" - Tomas Tuxel
Sabiq "Çelsi"li karyerasını bitirdi
"Meksika futbolu üçün tarixi matçlardan biri olacaq"
Bu da “Qarabağ”ın 8-ci transferi - Rəsmi
Həm bombardirdilər, həm də "tənbəl"
DÇ-2026-da ən çox qol epizodu yaradan müdafiəçi oldu