"Qəbələ"nin qapıçısı Dmitri Bezotosnı Ukrayna mətbuatına müsahibə verib.
Qol.Az-ın məlumatına görə, "Qəbələ"dəki çıxışından danışan ukraynalı qolkiper digər sualları cavablandırıb.
- Dmitri, xatırlayırsansa, ilin əvvəlində səndən müsahibə alarkən, "Qəbələ"yə keçidin barədə heç bir sualın olmamasını xahiş etmişdin. Sonda "Qəbələ"yə transfer olundun. Gözə gəlmək istəmirdin?
- Elə deməzdim. Sadəcə, həmin vaxt hara gedəcəyimi bilmirdim. Məni "Qəbələ"yə dəvət etmişdilər. Yekun qərarı isə yerində verməli idim. Mən Azərbaycana gedərək vəziyyətlə tanış olmalı idim. "Qəbələ"də məni canlı izləmək istəyirdilər. Ölkə xaricinə gedərkən müqaviləyə imza atıb-atmayacağıma 100 faiz əmin deyildim. Buna görə də "Qəbələ" ilə bağlı suala cavab verməklə hadisələri qabaqlamaq istəmirdim. Həm də belə məlumatı sənədlərə imza atdıqdan sonra açıqlamaq olar. Əgər imza yoxdursa, danışmağa heç bir əsas yoxdur.
- Görünür, Azərbaycana getməkdə səni Roman Qriqorçukla əməkdaşlıq və yaxşı şərait cəlb etdi...
- İlk növbədə belədir. Çünki Ukraynada mənə sərfəli təklif yox idi. Menecerlərim də dəqiq heç nə demirdilər. "Bəlkə ora, bəlkə bura gedəsən" sözlərini eşirdirdim. Menecerlərin işinin anlaşılmaz olduğunu gördüm. Bu səbəbdən də bilmədiyim yerə getməmək qərarı verdim. Üstəlik, Ukraynada heç bir variant yox idi. Belədə Qriqorçukun təklifini qəbul etdim. Artıq vaxt yox idi, yanvar ayı idi. Komandalar toplanışa başlamışdı. Azərbaycanda isə bir qədər sonra çempionat oyunları bərpa olunacaqdı.
- Mövsümün sonuna qədər 15 oyun keçirdiniz. Klub isə çempionatın bürünc medallarını qazandı. Bu nəticələri necə qiymətləndirirsən?
- Başa düşün, biz uzun müddətli müqavilə imzalamamışdıq. Ona görə də ora sırf tapşırıq yerinə yetirməyə gəlmişdik. İlk vaxtlarda rəhbərliklə yarım illik müqaviləyə razılaşmışdım. Burada hər şey məni qane edirdi. Çünki yeni bir ölkəyə gəlmişdim. Komanda neçənci yerdə getdiyini gördüm. Qriqorçukla danışdım və belə qərara gəldik ki, ikitərəfli razılıq əsasında tərəfdaşlıq edəcəyik. Nə klub məndən, nə də mən ondan dişimlə yapışmayacam. Çox istəyirdim ki, yenidən Avropa Liqasında çıxış edim.
- Karyerasını vətənində keçirən biri kimi xaricdə oynamaq sənin üçün nə dərəcədə çətindir?
- Yox. Çox vaxt, amma hər zaman vətəndə oynamamışam. Ramenskoyedə çıxış etmişəm, ona görə xaricdə oynamağın nə olduğunu bilirəm.
- Bu mövsüm "Qəbələ" ilk dəfə Avropa Liqasının qrup mərhələsində oynadı. Bu klub üçün nə demək idi?
- Bəli, komanda daha öncəki mövsüm ilk mərhələni belə keçə bilməmişdi. Rəhbərlik də bunu bizə xatırladaraq, hər dəfə mərhələ keçdikcə, bizi tərifləyirdi. Onlar paltar dəyişmə otağına gəlirdilər. Biz görürdük ki, prezident və azarkeşlər komandanı avrokubokda görməyi çox arzulayırlar. Düşünürəm ki, bu, klub üçün çox önəmli idi. Ola bilər ki, biz qrup mərhələsinə vəsiqə qazanmaqla bir neçə pillə irəli tullandıq.
- Yaxın vaxtlara qədər "quru seriyası"nız" 729 dəqiqə davam etdi. Bu, karyeranızda ən uzun seriyadır?
- Açığını desəm, buna fikir vermirdim. Lakin zədələnəndə eşitdim ki, uzunmüddətli “quru seriya”m başa çatdı. Mənim əsas işim isə oynamaqdır.
- “Qəbələ”də qalmaq fikriniz varmı?
- Bəli, hələ müqaviləm davam edir. Yayda 1 mövsümlük müqavilə imzalamışıq.
- Yeni mədəniyyətə uyğunlaşmaq sizə çətin olmadı?
- Hər yerin öz adət-ənənələri var. Bizim buna heç bir aidiyyətimiz yoxdur. Hər şeyə baxıb, susuruq.
Alman klubundan Mahir Emreli ilə bağlı rəsmi açıqlama
Musiala zədədən sonra ilk dəfə məşq etdi
Levandovski ən çox het-trik edən futbolçu oldu
Neymarın oyunu tənqid olundu
"Mourinyo mənim üçün əsl örnəkdir"
“Atalanta” baş məşqçisi ilə yollarını ayırdı
Qvardiola Haalandın qərarından narazı qaldı
"Araz-Naxçıvan"ın futbolçusu Moldova millisində
Millimizdən İslamiadada növbəti qələbə
UEFA-dan Babək Quliyevə təyinat
Rodriqo İngiltərə Premyer Liqasına keçə bilər
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
“Real”ın qapıçısı zədələndi
2-ci liqada 8-ci tur 3 oyunla start götürdü
Azərbaycan təmsilçiləri İslamiadada bürünc medal qazandılar
"Neftçi"nin futbolçuları yığma komandalarda
"Napoli" Konte ilə yolları ayıra bilər
Azərbaycanlı futzal hakimi ilk dəfə final mərhələsində
"Ümid edirəm ki, bir gün qayıdacam" - Messi "Kamp Nou"da
İngiltərə millisinin üzvü ilə yeni müqavilə imzalandı
“Sumqayıt”ın legionerləri milli komandalara dəvət aldılar
Fransa millisinin hücumçusu Azərbaycanla oyunu buraxacaq
Bundesliqa klubunda baş məşqçi ayrılığı
Azərbaycan klubunu tərk edib “Fiorentina”ya keçdi
“Qarabağ” kimi komandalar Abubakara heç bir şans verməz”
Azərbaycan futbolunun “El Klasiko”sundan - Reportaj
Aleksey İsayev 100-ə çatdı
"Fənərbaxça"nın oyunundakı 6 qol - Video
Slot "Mançester Siti"yə məğlubiyyətdən danışdı
"Zirə" 400-cü oyununa çıxıb
Müasir dövrdə idmanın rolu və inkişafı
"Sabah"ın Azərbaycan çempionatlarındakı yubiley qolu
Leandovski Neymarı keçdi, Enrikeyə çatdı
"Mançester Siti"nin "Liverpul"a vurduğu qollar - Video
Levandovski “Barselona”ya het-triklə qələbə qazandırdı
"Qalatasaray"ın gözlənilməz məğlubiyyəti - Video
"Mançester Siti" "Liverpul"a böyük hesabla qalib gəldi
Türkiyədə 600 futbolçu dindirilməyə çağırılacaq
Məşhur klub satılır
“Barselona” Reşford üçün qərar verməyə tələsmir
“Qalatasaray”dan mövsümün ilk məğlubiyyəti