Bu gün Gənclər və İdman Nazirliyində ilin yekunları ilə bağlı mətbuat konfransı keçirilib.
Qol.Az-ın "Report"a istinadən yaydığı xəbərə görə, tədbirdə jurnalistlərin suallarını nazir Azad Rəhimov cavablandırıb.
A.Rəhimov ilk olaraq cari ildə görülən işlərlə bağlı məlumat verib: "Federasiyalarla birgə 200-dən artıq respublika yarışları təşkil edilib. Bunlardan 46-sı beynəlxalq yarış olub. İdman növləri üzrə yığma komandaların hər biri 12 gündən az olmayaraq, 101 təlim-məşq toplanışında iştirak edib. Orada 6000-ə qədər idmançı 65-i Azərbaycanda, 36-sı isə xaricdə olmaqla toplanışda olublar".
Nazir Azərbaycan idmançılarının 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına 29 lisenziya qazandıqlarını xatırladıb. Bildirib ki, XXXI Yay Olimpiya Oyunlarına bu qədər lisenziya 7 idman növü üzrə sahibini tapıb: "Digər ənənəvi idman növlərindən əlavə, velosiped və triatlonçularımızdan da uğur gözləyirəm".
A.Rəhimov devalvasiyanın nazirliyin büdcəsinə təsir etmə ehtimalından da danışıb: "Nazirlik xaricdən mal idxal etmir və satmır. Ona görə də inanmıram ki, təsir etsin. Bu məsələlər sarıdan əminəm ki, bizdə problem olmayacaq".
Azərbaycan Otüstü Xokkey Federasiyasının vəziyyətli ilə bağlı danışan nazir işlərin federasiya tərəfindən aparıldığını və yalnız nazirlik tərəfindən dəstəkləndiyini deyib. O bildirib ki, bu səbəbdən nazirlik federasiyanın işlərinə qarışmır.
Gənclər və idman naziri futbol haqda da fikirlərini bölüşüb. Onun sözlərinə Azərbaycanda futbolun inkişaf etməsi üçün gənclərin yetişdirilməsinə üstünlük verilməlidir: "İdmanda yeni nəsil formalaşmasa, yeni gənclər olmasa, orada inkişaf ola bilməz. Hər bir idman klubunun akademiyası olmalı, futbolçu yetişdirilməlidir. Təxminən 10 milyon əhalisi olan Azərbaycanda 11-15 nəfər futbolçu tapmaq olar. Sadəcə, gələcək nəslə böyük diqqət yetirilməlidir".
Qolfun durumundan da danışan nazir bildirib ki, müvafiq federasiya daha fəal işləməlidir: "Bizim bir neçə qolf sahəmiz var və federasiya tərəfindən iş aparılmalıdır. Əsas məsələ maddi-texniki bazadır. Bu gün Quba və Bakıda o imkanlar var. Ancaq burada federasiya daha fəal işləməlidir. Hazırda iş zəif gedir və biz bununla razı deyilik. Reqbidə də işlər zəif aparılır. Belə getsə, biz nazirlik olaraq, müdaxilə edəcəyik".
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi