"Neftçi"də baş məşqçi ilə bağlı qərar verildi

"Neftçi"də baş məşqçi ilə bağlı qərar verildi
ÖLKƏ FUTBOLU 24 Dekabr 2015 / 00:22 8300
-  A +

Ötən gün “Neftçi”nin Müşahidə Şurasının iclası keçirilib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda aşağıdakı qərarlar qəbul olunub:


1. İcraçı direktor Elnur Məmmədova “Neftçi”nin xərclərini mövcud iqtisadi duruma uyğun olaraq optimallaşdırması tapşırılıb.

2. “Neftçi”nin əsas komandasının baş məşqçi funksiyasının icrasını Əsgər Abdullayevin davam etdirməsinə qərar verilib.

Qeyd edək ki, Samir Əliyevin istefasından sonra komandanın baş məşqçi vəzifəsi ilin sonuna qədər Əsgər Abdullayevə həvalə olunub. Klubun son iclasında Ə.Abdullayevin vəzifəsində saxlanılmasına qərar verilib.










Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər