"Rəhbərliyi məyus etməmək üçün hər şeyi edəcəm"

"Rəhbərliyi məyus etməmək üçün hər şeyi edəcəm"
ÖLKƏ FUTBOLU 22 Dekabr 2015 / 12:18 3671
-  A +

"Qəbələ" futbol komandasının baş məşqçisi Roman Qriqorçuk klubla müqaviləsini 2017-ci ilədək uzatmasına dair fikirlərini bölüşüb.

Qol.Az-ın "Report"a istinadən verdiyi məlumata görə, 50 yaşlı mütəxəssis "Futbol 2" telekanalına açıqlamasında hazırkı rəhbərliklə çalışmaqdan məmnun olduğunu bildirib.

O, həmin insanları məyus etməmək üçün hər şeyi edəcəyini vurğulayıb: "Rəhbərliyin istəyini yerinə yetirməkdən ötrü bütün gücümü və ürəyimi qoyacağam. Məqsədimiz bir il ərzində sıçrayıb atəş açan yox, daim ən yüksək səviyyədə çıxış etməyə qadir komanda yaratmaqdır".

Qeyd edək ki, bu mövsüm Roman Qriqorçuk "Qəbələ"yə tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə çıxarıb. O, İdman Araşdırmalar Mərkəzinin idman jurnalistləri arasında keçirdiyi sorğu nəticəsində 2015-ci ilin ən yaxşı baş məşqçisi seçilib.

Daha çox


Son xəbərlər