“Qarabağ”ın ispaniyalı futbolçusu Dani Kintana Azərbaycan Premyer Liqasının 18-ci turunda “Qəbələ” ilə 1:1 bərabərə qaldıqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
- İlin son oyunu haqda nə deyə bilərsən?
- Oyun ərzində hər iki komandanın qol vurmaq üçün imkanları oldu. Rəqib əlinə düşən fürsətdən maksimum yararlansa da, biz şanslarımızı dəyərləndirə bilmədik, fürsətləri boşa verdik. Əsas odur ki, bərabərlik qolunu vura bildik. Bir tərəfdən məğlub olmadığımıza görə sevinirik, digər yandan təəssüflənirik ki, qalib gələ biləcəyimiz oyunu əldən verdik.
- Sizcə, nəticə ədalətli oldu?
- Məncə bu matçın ədalətli nəticəsi bizim qələbəmiz idi. Amma nəticədən şikayətlənə bilmərik.
- “Qarabağ”ın son oyunlarda qələbə qazana bilməməsinin səbəbi nədir?
- Dəqiq səbəbini deyə bilmərəm. Ola bilsin, ilin sonuna yaxınlaşdığımız üçün futbolçularda yorğunluq olsun. Ya da çempionatda lider olmağımızdan qaynaqlana bilər.
- Epizodların birində İlqar Qurbanovun qapıya zərbə endirməyinə mane olduğunu gördük. Daha sonra isə sanki aranızda narazılıq yarandı...
- Həmin epizod zamanı onun nə etmək istədiyini başa düşmədim. Niyyətim ona mane olmaq da deyildi. Sadəcə elə alındı. Amma aramızda narazılığın olması ilə bağlı sual verməyə ehtiyac yoxdur. Bilmək istəyirsinizsə, aramızda heç bir problem yoxdur. Hər şey qaydasındadır.
- Çempionatın ikinci dövrəsi başa çatdı. “Qarabağ”ın iki dövrədəki çıxışını necə dəyərləndirərdin?
- İkinci pillədəki komanda ilə aramızda 8 xallıq fərq var. Yəni ikinci dövrəni lider başa vururuq. Nəticələr göstərir ki, müsbət dəyərləndirmək olar.
- Azarkeşlər üçün oyuna marağı artıran məqamlardan biri də hər iki komandanın ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil etməsi ilə bağlı idi. Bu amil futbolçuların özləri üçün nə dərəcədə maraq kəsb edirdi?
- “Qəbələ”nin asan rəqib olmadığını və cari mövsümdə əsas rəqibimiz hesab olduğunu bilirdik. Onlar da hücum etməyi sevən və müdafiədə "yatmayan" komandadır. Bizim üçün də bu maraqlı idi.
- Sıx qrafiklə oynadığınıza görə istirahətə ən çox ehtiyacı olan komanda “Qarabağ”dır. Bu mənada ikinci dövrənin son matçını səbirsizliklə gözlədiyinizi demək olar?
- İyulun 18-dən etibarən oyunlarımız başlayıb və sıx qrafiklə oynayırıq. Psixoloji baxımdan dincəlməyə, ailəmizlə birgə vaxt keçirməyə ehtiyacımız vardı. İndi yaxşı dincəlib liqanın qış fasiləsinə hazır olmalıyıq.
- Komanda yoldaşınız Riçard Almeyda Azərbaycanda ilin ən yaxşı legioneri seçildi.
- O, buna layiq idi. Komandamızın aparıcı futbolçularından biridir. Olduqca da yaxşı futbolçudur. Meydanda da bir-birimizi yaxşı başa düşürük.
- Reynaldo üçün necə, darıxırsız?
- Reynaldo komanda üçün vacib oyunçudur. Qış fasiləsindən sonra ona çox ehtiyacımız olacaq. Onun yenidən meydana dönməsini gözləyirik.
Ergün SEYİD
"Ayaks" braziliyalı hücumçu transfer etdi
“Qarabağ” - “CSKA Sofia” matçının biletləri satışa çıxır
Salah "Beşiktaş"da oynayacaq?
"Sumqayıt"dan "Şamaxı"ya keçdi
Mundialın final matçında fasilə müddəti müəyyənləşdi
"Dünya çempionu olsaq, millidən gedəcəyəm"
"Şəfa" "İmişli" ilə heç-heçə etdi
"Turan Tovuz" ilk yoxlama matçına çıxdı
"Sumqayıt" onu da göndərdi
FİFA dünya çempionatı tarixində ilkə imza atacaq
Premyer Liqadan düşən klubunu yarı yolda qoymadı
"Karvan-Yevlax"dan getdi
Laporta: "İspaniya dünya kubokunu qazanacaq"
Ernan Kresponun yeni klubu
Dünya çempionlarına xüsusi üzüklər veriləcək - Şəkil
Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
Finala təyinat aldı, göz yaşlarını saxlaya bilmədi - Video
"Sabah"ın "KuPS"la oyunlarının hakimləri məlum oldu
“Qarabağ” SSKA-nı keçsə… - Mümkün rəqiblər
"Zirə"dən ayrılan futbolçu Fransa klubunda
"Arsenal" Trossarın əvəzləyicisini tapdı
Elçin Məsiyev Çempionlar Liqasının oyununda
Azərbaycan millisi üçün yeni rəqib
Şotlandiya millisinin sabiq qapıçısı karyerasını başa vurdu
“Kaş “Qarabağ”a bircə qol vuraq!..”- Reykyavikdən reportaj
"Qarabağ"ın İslandiyadakı 3 qolu - Video
PSJ-də yeni müqavilə
Finalın hakimləri açıqlandı - DÇ-2026
Ronaldodan dünya çempionatlarnın antirekordu
Azərbaycan UEFA reytinqində liderdir! - Əla başlanğıc…
Tramp İspaniya - Argentina finalını izləyəcək
"Qarabağ" Avroliqada mərhələ adladı
"Zirə"nin Kutaisi zəfəri - Video
Zeki Çelik "Yuventus"da - Rəsmi
“Neftçi”nin Konfrans Liqasında rəqibi müəyyənləşdi
Azərbaycan güləşçisi Macarıstanda çempion oldu
"Torpedo" ilə qarşılaşmaq istəmirdik" - Rəşad Sadıqov
“Qarabağ” mərhələ adlasa, bu komanda ilə qarşılaşacaq
"Vestri" - "Qarabağ": Heyətlər
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
“Qarabağ”ın oyunu canlı yayımlanacaq
"Məni marketinq aləti yox, futbolçu kimi görsünlər"
"Zirə" növbəti mərhələyə yüksəldi
Messi DÇ-2026-da bu göstəricidə hamını qabaqlayır