“Qarabağ”ın futbolçusu Cavid Tağıyev Azərbaycan Premyer Liqasının 18-ci turunda evdə “Qəbələ” ilə 1:1 bərabərə qaldıqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
- Çempionluq uğrunda mübarizədə əsas rəqiblərinizdən olan “Qəbələ”ni məğlub edə bilmədiniz. Səncə, bu oyundan 3 xalla ayrılmaq üçün nə çatmadı?
- “Qəbələ” yaxşı komandadır və əsas rəqiblərimizdən biridir. Onlar da son iki oyundur bizim kimi qələbə qazana bilmirdi. Çox çətin oyun oldu. Məqsədimiz 3 xal qazanmaq idi. Əlimizdən gələni etdik. Lakin bərabərliklə kifayətlənməli olduq.
- Aranızdakı xal fərqinin bir qədər böyük olması səbəbindən bu oyunda rəqibinizə güzəştə getdiyinizi söyləmək olar?
- Yox deməzdim ki, güzəştə getdik. Oyuna tam gücümüzü qoyduq. Təəssüf ki, alınmadı. Qol epizodlarından yararlana bilmədik.
- Amma etiraf edək ki, rəqib daha istəkli idi...
- Kənardan elə görünə bilər, lakin biz özümüz də bu oyuna ciddi hazırlaşmışdıq və qələbə qazanmaq istəyirdik. Məncə, pis də oynamadıq. Ümumiyyətlə hər iki komanda yaxşı oyun sərgilədi. Hətta matçın bizim üstünlüyümüz şəraitində keçdiyini də demək olar.
- Komandada arxayınçılıq var idimi?
- Məncə, yox idi. Ola bilər ki, hazırda "qara zolaq"dayıq. Ancaq yenə deyirəm, bütün komandalar kimi biz də meydana qələbə qazanmaq üçün çıxırıq. Bizim üçün rəqiblərlə aramızdakı xal fərqinin əhəmiyyəti yoxdur.
- Zədədən qayıtdıqdan sonra öz oyununu necə dəyərləndirirsən?
- Öz oyunumu qiymətləndirə bilmərəm. Bu haqda nəsə deməyim düzgün olmaz. Amma əlimdən gələni etdim ki, komanda üçün faydalı olum.
- Sənə elə gəlmirmi ki, start heyətində meydana çıxmağın daha düşərli olur? Çünki sonradan meydana daxil olduqda sanki oyunun alınmır.
- Əsas heyətdə oynamağım və ya meydana sonradan daxil olmağım baş məşqçinin qərarıdır. Düzünü desəm, bunu özümdə hiss etməmişdim.
- Qapınıza penalti təyin edilərkən artıq matçın taleyinin həll olunduğunu düşündünmü?
- Həmin anda düşündüm ki, artıq hesab 0:2 olacaq. Şehiç penaltini qaytaranda çox sevindim. Ona "çox sağ ol" deyirəm.
Ergün SEYİD
"Ayaks" braziliyalı hücumçu transfer etdi
“Qarabağ” - “CSKA Sofia” matçının biletləri satışa çıxır
Salah "Beşiktaş"da oynayacaq?
"Sumqayıt"dan "Şamaxı"ya keçdi
Mundialın final matçında fasilə müddəti müəyyənləşdi
"Dünya çempionu olsaq, millidən gedəcəyəm"
"Şəfa" "İmişli" ilə heç-heçə etdi
"Turan Tovuz" ilk yoxlama matçına çıxdı
"Sumqayıt" onu da göndərdi
FİFA dünya çempionatı tarixində ilkə imza atacaq
Premyer Liqadan düşən klubunu yarı yolda qoymadı
"Karvan-Yevlax"dan getdi
Laporta: "İspaniya dünya kubokunu qazanacaq"
Ernan Kresponun yeni klubu
Dünya çempionlarına xüsusi üzüklər veriləcək - Şəkil
Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
Finala təyinat aldı, göz yaşlarını saxlaya bilmədi - Video
"Sabah"ın "KuPS"la oyunlarının hakimləri məlum oldu
“Qarabağ” SSKA-nı keçsə… - Mümkün rəqiblər
"Zirə"dən ayrılan futbolçu Fransa klubunda
"Arsenal" Trossarın əvəzləyicisini tapdı
Elçin Məsiyev Çempionlar Liqasının oyununda
Azərbaycan millisi üçün yeni rəqib
Şotlandiya millisinin sabiq qapıçısı karyerasını başa vurdu
“Kaş “Qarabağ”a bircə qol vuraq!..”- Reykyavikdən reportaj
"Qarabağ"ın İslandiyadakı 3 qolu - Video
PSJ-də yeni müqavilə
Finalın hakimləri açıqlandı - DÇ-2026
Ronaldodan dünya çempionatlarnın antirekordu
Azərbaycan UEFA reytinqində liderdir! - Əla başlanğıc…
Tramp İspaniya - Argentina finalını izləyəcək
"Qarabağ" Avroliqada mərhələ adladı
"Zirə"nin Kutaisi zəfəri - Video
Zeki Çelik "Yuventus"da - Rəsmi
“Neftçi”nin Konfrans Liqasında rəqibi müəyyənləşdi
Azərbaycan güləşçisi Macarıstanda çempion oldu
"Torpedo" ilə qarşılaşmaq istəmirdik" - Rəşad Sadıqov
“Qarabağ” mərhələ adlasa, bu komanda ilə qarşılaşacaq
"Vestri" - "Qarabağ": Heyətlər
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
“Qarabağ”ın oyunu canlı yayımlanacaq
"Məni marketinq aləti yox, futbolçu kimi görsünlər"
"Zirə" növbəti mərhələyə yüksəldi
Messi DÇ-2026-da bu göstəricidə hamını qabaqlayır