"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Premyer Liqasının 17-ci turunda "Qarabağ"la 1:1 hesabı ilə bərabərə qaldıqları oyundan sonra keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
- Sizə elə gəlmir ki, qarşılaşmanın sülhlə başa çatmasına "Qəbələ"nin müdafiəyə çəkilməsi səbəb oldu?
- Erkən qol vurduq. Belə vəziyyətlərdə bir qolla kifayətlənmək lazım deyildi. Qoldan sonra rəqib sürəti artırdı. Bu da bizim top itkilərimizlə nəticələndi. Topa rəqib nəzarət etdiyi üçün müdafiəyə çəkilməli olduq. Bu, bizim görmək istədiyimiz oyun deyil.
- Cavid Hüseynovun komandada yeri nə dərəcədə görünür?
- Cavid Azərbaycan futbolunda çox güclü fiqurdu. Onun komandada yeri görünür. Komandamızın kapitanıdı. Yeni ildə arzum odu ki, sərbəst qalsın.
- Oyundan öncə standart vəziyyətləri kimin yerinə yetiriləcəyi bildirilir. Penalti olacağı halda Dodo onu yerinə yetirməliydi, yoxsa başqa bir futbolçu? Çünki qol vursaydı, indi qələbəni qeyd edirdiz...
- Hər oyundan əvvəl bu qeyd olunur. Bu gün yeganə oyun idi ki, bunu etməmişdim. Dodo özünə əmin idi. Ancaq penaltini yerinə yetirə bilmədi. Amma onu pisləmək istəmirəm. Adətən penaltini Qay yerinə yetirir.
- Qış fasiləsində komandaya cəlb ediləcək futbolçuların sihahısını klub rəhbərliyə təqdim etmisiz?
- Bu barədə məlumat vermək istəmirəm. Bir neçə futbolçu ilə danışıqlar aparırıq. Oyunçu ilə rəsmi müqavilə imzaladıqdan sonra bu barədə məlumat verə bilərik. Ad çəkməyin düzgün olmaz. Həmin futbolçularla rəsmi müqavilənin
- Vüqar Nadirov, Floresku və Fakundo Pereyranın komandadan gedəcəyi dəqiqləşib. Gedəcək futbolçuların siyahısına daha kimlər əlavə olunacaq?
- Futbolçu komanda xoşbəxt olmalıdı. Pereyranın ailə problemləri var idi. Bna görə də onu zorla komandada saxlaya bilməzdik. Mendidə də eyni problem var idi. Düzü, onun komandada qalmasını çox istərdim. Ancaq ailə məsələlərinə görə ayrılmaq məcburiyyətində qaldı. Buna görə məyus olmuşdum.
Mənbə: sport7.az
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi