“Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfovun Qol.Az saytına müsahibəsi
- Komandanız İdman Araşdırmalar Mərkəzinin keçirdiyi sorğuda ilin komandası seçildi. Ilk olaraq bununla bağlı təəssüratlarınızı bilmək istərdik
- “Qəbələ”yə səs verən hər kəsə təşəkkürümü bildirirəm. Düşünürəm ki, nəticəni ədalətli hesab etmək olar. Çünki “Qəbələ” bizim də gözləmədiyimiz bir uğura imza atdı.
- Qriqorçukun Ukranya millisi ilə adı hallanandan sonra "Qəbələ" demək olar ki, qələbə üzünə həsrətdir.
- Hər oyundan sonra baş məşqçimizlə görüşüb söhbət etmişəm. Həmin məsələ ilə bağlı heç bir problem yoxdur. Hətta dəfələrlə oyunların analizində də şəxsən iştirak etmişəm. Əgər belə olmasaydı, əminliklə cavab verməzdim. Xal itirdiyimiz oyunlara baxanda görürük ki, bir neçə yüzfaizlik qol epizodunda futbolçular dəqiq ola bilmir.
- Bəs bunun səbəbi nədir?
- Çox səbəb ola bilər. Yorğunluq da, psixoloji gərkinlik də. Amma mənə görə, yeganə səbəb bəxtsizlikdir. “Zirə” ilə oyunda boş qapıya top vura bilmədik. Rəqib qol vurana kimi cəmi bir normal hücum edə bilmişdi. Əsas odur səhvlərimizi gördük. Məqsədimiz yaxşı qış toplanışı keçmək, bəzi gedəcək futbolçuların yerinə daha yaxşılarını komandaya cəlb etməkdir.
- Komandadan kimlər ayrılacaq?
- George Floresku, Fakunda Pereyra, yerli futbolçulardan Vüqar Nadirovun gedəcəyi dəqiqdir. Baş məşçi ilə görüşəndən sonra daha kimlərin gedəcəyi tam bilinəcək.
- Komandaya yeni transferlər olacaq? Daha çox hansı mövqeyə futbolçu trasfer etmək istəyirsiniz?
- Təbii ki, gedənlərin yerini dolduracağıq. Rahid Əmirquliyevlə maraqlanırıq. Cavid Hüseynovun da məlum cinayət işində təşkilatçılıq etməsinə dair maddə üzərindən götürülüb. Bu o deməkdir ki, Cavidin həmin cinayətdə iştirakı yoxdur. Ümid edirik ki, hazırda hansı maddə ilə həpsdədirsə, o da üzərindən götürülər və futbolçumuz geri dönər.
- Rahid Əmirquliyevlə danışıqlar aparılır?
- Rahid xarakteri olan oyunçudur. İstəyirik ki, komandamızda olsun. Bizi cəlb edən xüsusiyyətlərindən biri meydanda döyüşkən olmasıdır.
- Etiraf edək ki, son zamanlar “Qəbələ”də həqiqətən də döyüşkən futbolçuya ehtiyac var. Çünki komanda axır oyunlarda meydanda sanki sönük futbol oynayır.
- Komandamızda gərginlik var sadəcə. Hər itirilən xal futbolçulara psixoloji təsir edir. Çünki itirdiyimiz xallar bizi çempionluqdan ayırır. Razıyam, son vaxtlar “Qəbələ”də emosiya hiss olunmur. Sanki bütün emosiyalarını Avroliqa oyunlarında qoyublar. Edə biləcəyimiz tək şey son oyunumuzu yola verib futbolçuları hər tərəfli növbəti dövrəyə hazırlamaqdır.
- Əvəzedici komandanız turnir cədvəlində ilk pillədədir. Roman Qriqorçuk onların oyununu izləyir? Hansısa futbolçunu əsas komandaya cəlb etmək istəyirmi?
- Bəli, izləyir. Onlar arasından toplanışa aparacağı futbolçular da olacaq. Bizi sevindirən amillərdən biri də odur ki, bu gün akademiyamızın yetişdirdiyi futbolçulardan bəziləri Premyer Liqa klublarının əsas heyətində oynayır.
Ergün SEYİD
Pike "Barselona" prezidentliyinə namizəd olacaq?
“Heç-heçə ədalətli nəticədir” - Rəşad Eyyubov
Türkiyə - Kosovo matçının heyətləri açıqlandı
"Qalatasaray"lı futbolçu "Milan"ın hədəfində
Marko Yankoviçin yığması uduzdu
Azərbaycan millisi Bolqarıstanla heç-heçəyə razılaşdı
“Nyukasl” sanksiyalarla üzləşə bilər
Klub borcları ödəmədi, transfer qadağası ilə üzləşdi
"Tottenhem" yeni baş məşqçisini açıqladı
Ronaldo onu razı salmağa çalışır
Millimizin Bolqarıstan ilə oyun üçün heyəti
İran Dünya çempionatında iştirak edəcək
Davranışına görə komandadan uzaqlaşdırıldı
Məşqlərə qoşulmadığı üçün klubdan göndərilə bilər
"Fənərbaxça"nın prezidenti qəzaya düşdü - Şəkil
Konate "Real"dan təklif gözləyir
Azərbaycanın basketbol millisinin rəqibləri açıqlandı
Azərbaycan millisi Türkiyə yığması ilə birgə
Eddi Hau büdcə məhdudiyyətinə görə "Nyukasl"dan ayrıla bilər
Foden "Bavariya"nın radarında
"Milan" hücumçu transfer etdi
Mbappe basketbolçu olmaq istədi, NBA-dan bu cavabı aldı
AÇ: Azərbaycan millisinin oyunlarının vaxtı açıqlandı
Azərbaycan çempionatına yekun vuruldu
“D Liqasını bizim milliyə yaraşdırmıram" - Aydın Bayramov
Son 7 oyunun hamısında qələbə qazanıblar
Ronaldo Kazemironu inandırdı
"Barselona" Fliklə yeni müqavilə imzaladı
Yayda "Mançester Siti"dən ayrılacaq
Kosovo - Türkiyə oyunu bu kanallarda
Almaniyaya məğlubiyyətdən sonra istefaya göndərildi
Simeone nəvəsi ilə fotosunu paylaşdı - Şəkil
Almaniya millisi Qanaya qalib gəldi
FİFA AFFA-ya təşəkkür etdi
Azərbaycan millisinin dramatik qələbəsi - Video
İran idmançıları bəzi ölkələrə gedə bilməyəcək
Azərbaycan millisinə mükafat təqdim olundu - Video
Azərbaycan millisi FİFA seriyasının qalibi oldu