"Qəbələ"nin ukraynalı qapıçısı Dmitri Bezotosnı çıxışını Azərbaycan Premyer Liqasında qış fasiləsi başlamamış bitirməli olub.
Qol.Az-ın "Qəbələ İK" qəzetinə istinadən yaydığı xəbərə görə, ayaq pəncəsində barmaq sümüyü sınan legioner bir neçə gündür vətənindədir. Əsas komandanın həkimi Roman Jolobaylyuk Bezotosnının təkrar müayinə olunacağını bildirib:
“Ona gips qoyulub. Bu həftə təkrar müayinə olunacaq və nəticəsini Ukraynadan bizə göndərəcək. Dmitrinin qış fasiləsinədək sağalacağını gözləyirik”.
Jolobaylyuk müdafiəçi Ruslan Abışovun zədəsiylə bağlı alman həmkarlarına müraciət etdiklərini bildirib. Onun sözlərinə görə, Münhendən aldıqları cavaba əsasən müalicə kursunu müəyyənləşdiriblər:
“Köhnə zədə Ruslanı neçə vaxtdır narahat edir. Bu problemi birdəfəlik həll etməkdə futbolçuya kömək etmək istəyirik. Almaniyanın Münhen şəhərindəki klinikada həkim tanışlarım var. Alman həmkarlarımla məsləhətləşməyə ehtiyac vardı. Rentgen müayinəsinin nəticəsini onlara göndərdik və artıq cavab almışıq. Məlum oldu ki, problem Abışovun diz nahiyəsində yox, onurğa sütunundadır. Bu il oyunlarımız bitəndən sonra futbolçunu Almaniyaya müalicəyə göndərməyi nəzərdə tutmuşuq. Müayinənin nəticələrini bilmədən onu risk qarşısında qoya bilməzdik. Hələliksə Ruslan komandanın oyunlarında iştirak edir”.
Qeyd edək ki, Ruslanla yanaşı estoniyalı hücumçu Sergey Zenyov da zədə üzündən “Neftçi”ylə Qəbələdəki matçı tribunadan izləməli olub.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi