“Qəbələ” Futbol Akademiyasının komandaları AFFA-nın yeniyetmə futbolçular arasında təşkil etdiyi liqalarda növbəti oyunlarını keçirib.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "qırmızı-qaralar" müxtəlif yaş qruplarında 12 qarşılaşmada qüvvəsini sınayıb.
Bu matçların hamısında qalib gələn "Qəbələ" 12 qələbə qazanıb. U-19 komandası ili başa vurub. I dövrənin son oyunlarında “qırmızı-qaralar” səfərdə “İnter”i 3:1, evdə “Neftçi” İB-i 3:2 hesabı ilə məğlub edib. Bu qələbədən sonra xal hesabını 28-ə çatdıran “qırmızı-qaralar” qış fasiləsinə lider kimi yollanıb.
U-17 səfərdə “Zirə”ni 4:1 hesabı ilə məğlub edib. 11 turdan sonra 30 xalla yarışın vahid lideri olan “Qəbələ” növbəti turda “Sumqayıt”ın qonağı olacaq. U-16 səfərdə AZAL-ı 6:0, öz meydanında “Neftçi” İK İB-i 7:3 hesabı ilə məğlub edib. 11 matçda 33 xal toplayan “Qəbələ” çempionatın lideridir. Komanda növbəti turda “Xəzər Lənkəran”ın qonağı olacaq. U-15 ardıcıl qələbələrinin sayını 17-yə çatdırıb. “Neftçi” İK İB-i 1, “Rəvan”ı 12 cavabsız qolla məğlub edən “Qəbələ” 51 xalla yarışın lideridir. Komanda ilin son oyununda “Turan” İB-i qəbul edəcək.
Paytaxt regionunun Bakı zonasında çıxış edən U-14 “Zirə”ni 6 cavabsız qolla məğlub edib. “Qırmızı-qaralar” 11 oyundan sonra 26 xal toplayaraq, qış fasiləsinə 2-ci pillədə yollanıb. Eyni zonada çıxış edən U-13 9 oyunda 18 xal yığaraq 4-cü pillədə qərarlaşıb.
U-12, U-11 və U-10 komandaların çıxış etdiyi Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında IX turun oyunları keçirilib. Yevlax UGİM-i ilə qarşılaşan U-12 7:0 hesabı ilə qalib gəlib. “Qırmızı-qaralar” 8 oyunda 22 xal toplayaraq 1-ci yerdə qərarlaşıb. U-11 Liqasında 8-ci qələbəsini qazanan “Qəbələ” bu dəfə Yevlax UGİM “Rabitəçi”sini 20 cavabsız qolla keçib. Komanda 24 xalla çempionatının lideridir. Klubun U-10 komandası Qəbələ UGİM-ini 7:1 hesabı ilə məğlub edib. 9 matçda 27 xal qazanan “qırmızı-qaralar” yarışın lideridir. U-19 Qızlar Liqasında çıxış edən “Qəbələ” 8-ci oyununda “Təhsil”ə qalib gəlib – 3:1
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı
1-ci Liqa klubunda yeni məşqçi təyinatı
34 yaşında karyerasını bitirdi
"Neftçi" nigeriyalı hücumçu transfer etdi
Alonso onu "Çelsi"də görmək istəmədi
“Beşiktaş”ın avrokubok matçı başqa ölkədə keçirilə bilər
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
“VAR qaydanı bilmirsə, vəzifəsindən getməlidir”
Azərbaycan millisi Moldovaya məğlub oldu
1-ci liqada hakim təyinatları açıqlandı
Salah “Trabzonspor”da rekorda imza atdı
Mbappe: “Bəlkə də “Qızıl top” üçün mənim uğurlu ilimdir”
“Barselona”nın sabiq futbolçusu karyerasını başa vurdu
Mourinyo: “Pley-offa adlayacağıq”
"Millidə də qol vurmaqda özümə güvənirəm" - Vüsal İsgəndərli
Hakim Ziyeşin yeni klubu məlum oldu