“İtkilərimiz çox idi. Aleksandr Qurulinin zədəsi var, çox güman ki, son oyunda da iştirak edə bilməyəcək. Qvanzav və Nuqzar da zədədən əziyyət çəkir. Buna baxmayaraq, meydançaya çıxan futbolçular yüksək səviyyədə futbol sərgilədilər".
Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 17-ci turunda "Neftçi"yə 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.
O, “Neftçi”yə qarşı oyunu müdafiədən qurduqlarını bildirib:
"Rəqibi təhlil etmişdik. “Neftçi”nin bütün həmlələrinin qarşısını almaqla yanaşı, lazım olan qolu da vura bildik. İki gün sonra “Zirə”ni qəbul edəcəyik, həmin oyunlara hazırlaşacağıq. Şüvəlana gələn bütün məşqçilərlə görüşmüşəm, amma bu gün oyundan öncə və oyundan sonra Əsgər Abdullayevlə görüş olmadı. Aramızda heç bir inciklik yoxdur, bu həyat təcrübəsidir. Ola bilər ki vaxtilə ünvanımıza deyilən bəzi sözlərin müqabilində bu məğlubiyyət həzm olunmur".
T.Əhmədov hər qarşılaşmanın onlar üçün vacib olduğunu vurğulayıb:
"Amma oyun oyuna bənzəmir. Komandanı yaradanda vaxt istəmişdim və bildirmişdim ki, bunun bəhrəsini görəcəksiniz. Düzdür, müəyyən tənqidlər oldu, amma buna baxmayaraq, biz oyundan oyuna inkişaf edirik. Açığı, “Neftçi” ilə oyun mənim üçün prinsipial idi. Bu görüş futbolçuların yox, mənim prinsipim idi. Cari mövsümdə “Neftçi”ni 2 dəfə məğlub etmişik, bu bizim yox, komandanın əməyidir. “Neftçi”ni 2:1 hesabı ilə udanda rəqib düşərgədən demişdilər ki, AZAL küçə komandasıdır. Əlbəttə ki, bu sözdən sonra “Neftçi” mənim üçün prinsipial rəqib olacaq. Əgər mən bu gün AZAL-da işləyirəmsə, bu komandanın şərəfini qoruyuram. Heç kim heç kimi aşağılaya bilməz. Həmin o sözə görə biz bu gün “Neftçi”ni üstələdik və mən qisasımı aldım”.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi