Hakan Şükür Türkiyədən baş götürüb ABŞ-a getdi

Hakan Şükür Türkiyədən baş götürüb ABŞ-a getdi
XƏBƏR 17 Dekabr 2015 / 17:24 6805
-  A +

İstanbuldakı evini satan və bankdakı pulunu çıxardıqdan sonra Türkiyədən ayrılaraq başqa bir ölkəyə yerləşdiyi deyilən tanınmış veteran futbolçu Hakan Şükür ABŞ-da ortaya çıxıb.

Modern.az-ın  Türkiyə mediasına istinadən yaydığı xəbərə görə, o, “Bir daha Türkiyəyə dönməyəcəyəm, burada iş quracağam” dediyi iddia edilir.
Məlumatda qeyd edilir ki, Hakan Şükür bir neçə gün əvvəl Büyükçekmece Tepekentdə olan evini satışa çıxarıb.  

Bir müddətdir xaricə getdiyi deyilən, lakin hansı ölkədə olduğu  bilinməyən Hakan Şükürün Kaliforniyada San Mateoya yerləşdiyi iddia edilir.  
Veteran futbolçunun paralel quruluşa yaxın olması səbəbindən Türklərdən gözlədiyi dəstəyi də görmədiyi deyilir.  

Son xəbərlər