Şahin Diniyevdən qələbə şərhi

Şahin Diniyevdən qələbə şərhi
XƏBƏR 17 Dekabr 2015 / 16:21 3446
-  A +

"Çox vacib oyuna çıxmışdıq. Görüşün nəticəsi komandanın taleyinə təsir edəcəkdi. Ardıcıl oyunlarda heç-heçələr etmişdik. Sevinirəm ki, vəziyyəti elə də yaxşı olmayan meydançada yaxşı rəqibə qarşı görüşdə qələbə qazandıq".

Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Kəpəz"in baş məşqçisi Şahin Diniyev Premyer Liqamızın 17-ci turunda səfərdə "Xəzər Lənkəran"a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib. 

Ş.Diniyev bu görüşdə bəzi taktiki dəyişikliklərə əl atdığını bildirib: "Futbolçular tapşırıqları yerinə yetirdilər. Taktiki cəhətdən bəzi dəyişikliklər etmişdik. Dəyişikliyin nə dərəcədə uğurlu alınıb-alınmayacağı məni narahat edirdi. Amma yekunda qələbə əldə edə bildik”.

Son xəbərlər