"Biz səfərdə oynasaq da, "Qarabağ"ın öz meydanında məğlub olacağı bir komanda ola bilərdik. Çünki oyunun gedişatı belə bir vəziyyət yaratmışdı. Futbolçularımız əllərindən gələni etsələr də, qismət olmadı. Ancaq bununla belə, biz bu gün gözəl oyunun şahidi olduq".
Qol.Az-ın "Report"a istinadən yaydığı xəbərə görə görə, bunu "Sumqayıt" futbol klubunun prezidenti Kamran Quliyev "Qarabağ" - "Sumqayıt" görüşünü (2:2) şərh edərkən bildirib.
Onun sözlərinə görə, "Sumqayıt" klubunda inkişaf var:
"Məşqçilər korpusu komandaya yeni nəfəs verib. Futbolçular yeni göstərişləri, taktiki məsələləri yaxşı anlayırlar. Hesab edirəm ki, futbolçularla məşqçilər korpusu arasında vəhdət yaranıb. İndi əldə olunan bunun nəticəsidir. Bu günədək hesabda irəli olsaq da, məğlub başa vurduğumuz və ya heç-heçə etməklə itirdiyimiz xalları saysaq, indi ilk üçlükdəydik".
K.Quliyev hazırda "Sumqayıt"ın maliyyə probleminin olmadığını söyləyib:
"Hazırda futbolçularımıza, məşqçilərimizə və hansısa təşkilata heç bir borcumuz yoxdur. Ancaq dünyada və ölkədə müəyyən proseslər baş verir. Bu da heç kimə təsirsiz ötüşməyəcək. Təbii ki, bizə də təsir edə bilər. Ona görə də hansısa proqnoz verə bilmərəm. Ancaq bu cür oyunla ilk pillələrdə olmağı istəyərdik. Niyə də olmasın?".
Klub prezidenti qış toplanışının böyük ehtimalla Sumqayıtda olacağını da qeyd edib:
"Azərbaycan Premyer Liqasında çıxış komandaların bir neçəsi ölkədə qalacaq. Həmin klublarla da yoldaşlıq oyunlarının keçirilməsini istəyərdik. Çünki biz balanslaşdırılmış büdcəylə işləyirik. Bizim büdcəmiz indiki xərclər üçün kifayət edir, artıq xərclər üçün mütləq əlavə vəsait lazımdır. Həmin əlavə vəsaiti də əldə edəcəyimizə inanmıram. Əgər gələn ilin mayında "Kapital Bank" və "PAŞA Həyat"la müqavilələr uzadılarsa, onda "Sumqayıt"a əlavə vəsait daxil olacaq. Biz məşqçilər korpusu ilə dekabrın 20-i və ya 21-də görüşəcəyik. Baş məşqçi və baş menecerlə transfer məsələsini müzakirə edib, qərarlar verəcəyik. Bu məsələ əvvəl onlardan, ən sonda isə bizdən asılıdır. Bizdə istəyərdik ki, hazırda mətbuatda adları hallanan Kamran Ağayev, Rahid Əmirquliyev "Sumqayıt"da çıxış etsinlər. Ancaq biz gücümüz çatdığı qədər məşqçilər korpusunun istədiyi futbolçuları transfer etməyə çalışacağıq. Kamran Ağayevin "Sumqayıt"a transferi ilə yayılan məlumatlar ciddi deyil. Biz sadəcə qapıçıya komandamızda şərait yaratmışıq. Çünki Kamran Azərbaycan millisinin aparıcı qapıçılarındandır. Bu baxımdan ona məşq etməsi üçün şərait yaratmaq hər bir klubun borcudur".
K.Quliyev həmçinin bu ay "Sumqayıt" futbol klubunun Müşahidə Şurasının iclasının keçiriləcəyini və həmin toplantıda komandaya legioner cəlb edilib-edilməməsi məsələsinə aydınlıq gətiriləcəyini də vurğulayıb:
"Hazırda "Sumqayıt"ın avrokuboklarda çıxış edə bilməsi üçün UEFA lisenziyasının alınması məqsədilə zəruri addımlar atırıq. Klubun lisenziya şöbəsinə bununla bağlı göstəriş vermişik. İnfrastruktur baxımından da müəyyən çatışmazlıqlar var, ancaq bəzi müddəaları yerinə yetirə bilirik".
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması
Mourinyo "El-Klasiko"dan danışdı
"Sabah" "Qarabağ"dan bir addım irəlidədir" - Mütəxəssis rəyi
Misli Premyer Liqası: 9-cu turun hakimləri
İspaniya kralı Messini şam yeməyinə dəvət etdi
Skaloni razılıq verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
Fernandeş taktikanı tənqid etdi, Kerrik futbolçuları
"Real"ın böyükhesablı qələbəsi - Video