Millimizin rəqibləri müəyyənləşdi

Millimizin rəqibləri müəyyənləşdi
XƏBƏR 16 Dekabr 2015 / 12:09 3104
-  A +

2016-cı il yanvarın 2-dən 13-dək Rusiyanın Sankt-Peterburq şəhərində 1998-ci il təvəllüdlü futbolçulardan təşkil olunmuş yığma komandalar arasında FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnir təşkil olunacaq.
 
Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, müvafiq yaş qrupundan ibarət Azərbaycan yığması turnirdə iştirak edəcək. Qrupların tərkibi aşağıda qeyd olunan kimidir:
 
A qrupu:
Sankt-Peterburq, Belarus, Slovakiya, Yaponiya, Litva
B qrupu: Finlandiya, Qazaxıstan, Estoniya, Moldova, Rusiya
C qrupu: Sloveniya, Azərbaycan, Latviya, Bolqarıstan
 
Qeyd edək ki, oyunlar Sankt-Peterburq şəhərindəki “Peterburqski” İdman-Konsert Kompleksində və “Zenit” İdman Oyunları Sarayında keçiriləcək.

Son xəbərlər