"Qəbələ"nin hücumçusu Argentina yolunda

"Qəbələ"nin hücumçusu Argentina yolunda
XƏBƏR 14 Dekabr 2015 / 14:23 6421
-  A +

"Qəbələ"nin hücumçusu Fakunda Pereyra qış transfer pəncərəsi dönəmində komandadan ayrılacaq.

Qol.Az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, argentinalı futbolçu karyerasını vətənində davam etdirəcək.

28 yaşlı futbolçunun Argentinanın "Rasinq" klubuna transfer olunacağı gözlənilir. Pereyranın meneceri Luis Belvedere futbolçunun dekabrın 21-də Buenos-Ayresə gedəcəyini və komanda ilə müqavilə imzalayacağını bildirib.

Qeyd edək ki, müqavilə ilə Yunanıstanın PAOK klubuna məxsus olan Pereyra cari mövsümün əvvəlindən icarə əsasında "Qəbələ"də çıxış edir. 


Son xəbərlər