"Futbolçulara demişdim ki, şanslarımız bərabərdir"

"Futbolçulara demişdim ki, şanslarımız bərabərdir"
XƏBƏR 11 Dekabr 2015 / 16:45 2359
-  A +

“Bizim üçün bütün oyunlar, xallar çox önəmlidir. “Kəpəz” keyfiyyətli oyunçulara malik mobil bir komandadır. Lakin mən futbolçulara demişdim ki, şanslarımız bərabərdir".

Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Rəvan"ın baş məşqçisi Bəhmən Həsənov Premyer Liqanın 16-cı turunda səfərdə "Kəpəz"lə 0:0 bərabərə qaldıqları oyundan sonra deyib.

B.Həsənov tezliklə bu oyunu unudaraq qarşıdakı matçlara hazırlaşacaqlarını bildirib: "Oyun heç-heçə bitdi və Gəncədə qazanılan 1 xala görə çox şadam. Ağıllı oyun sərgiləyən futbolçulara təşəkkür edirəm. Lazım olan nəticəni qazanıb evə dönürük. Artıq “Kəpəz”lə oyunu unudub, qarşıdakı matçlara hazırlaşacağıq”. 

Daha çox


Qarabağ FK
Son xəbərlər
07.09.26  12:30

Evdə 100-cü qol

topaz banner