Avropa Liqasında 1/16 finala yüksələn 8 komanda müəyyənləşib.
Çempionlar Liqasının qrup mərhələsində üçüncü yeri tutanlar ikinci dərəcəli klub turnirinə “transfer olunub”. Həmin 8 komanda UEFA əmsallarına əsasən, iki “dördlüy”ə bölünüb.
Çempionlar Liqasından gələn 8 komandadan 4-ü püşk zamanı səpələnmiş, 4-ü isə səpələnməmişlər səbətində yer alacaq.
Avropa Liqasının 12 qrupunda qalib olanlar birincilərə, 2-ci yer sahibləri isə nisbətən zəiflərə qoşulacaq. Bu isə o deməkdi ki, 2-ci yer uğrunda mübarizə aparan Azərbaycan təmsilçisi “Qarabağ” 1/16 finala adlasa, səpələnməmişlərdən biri olacaq.
Elə bu üzdən də səpələnmiş komandalar çempionumuzun potensial rəqibləri sayılır.
Çempionlar Liqasından gələn klublardan 4-ü “Qarabağ”la qarşılaşa bilər. Bunlar “Porto”, “Olimpiakos”, “Mançester Yunayted” və “Bayer”di.
Avropa Liqasının son qalibi “Sevilya” isə Azərbaycan çempionu ilə görüşə bilməyəcək. Səpələnməmişlərdən olan “Valensiya” və “Şaxtyor” da təmsilçimizlə qarşılaşa bilməz. Qonşu ölkə təmsilçisi “Qalatasaray” da püşkdə “Qarabağ”la eyni səbətdə olacaq.
Səpələnmişlər: “Porto" (Portuqaliya), "Olimpiakos" (Yunanıstan), "Mançester Yunayted" (İngiltərə), "Bayer" (Almaniya)
Səpələnməmişlər: "Sevilya", "Valensiya" (hər ikisi İspaniya), "Qalatasaray" (Türkiyə), "Şaxtyor" (Ukrayna)
Qeyd edək ki, Avropa Liqasında I yeri təmin edən “Napoli”, “Latsio” (hər ikisi İtaliya), “Bazel” (İsveçrə) və “Atletik” (İspaniya) səpələnmişlərdən olduğu üçün Azərbaycan çempionunun potensial rəqibidi. Fransa “Sent-Etyen”i isə qrup ikinciliyini təmin etdiyindən təmsilçimizlə eyni səbətdədir ("Apasport.az").
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması
Mourinyo "El-Klasiko"dan danışdı
"Sabah" "Qarabağ"dan bir addım irəlidədir" - Mütəxəssis rəyi
Misli Premyer Liqası: 9-cu turun hakimləri