Meksikanın Mexiko şəhərində milli komandalar arasında Dünya kuboku uğrunda yarış keçirilib.
Qol.Az-ın Azərbaycan Taekvondo Federiyasının saytına istinadən yaydığı xəbərə görə, 8-9 dekabr tarixlərində Dünya Taekvondo Federasiyası (DTF) tərəfindən təşkil edilən yarışda,kişilərdən ibarət yığma komandamız möhtəşəm uğura imza atıb.
Yığma komandamızın baş məşqçi Reza Mehmandosut və böyük məşqçi Elnur Amanovun yetirmələrindən Məhəmməd Məmmədov, Ayxan Tağızadə, Sina Bahrami, Səid Quliyev, Milad Beigi Hərçəqanı və Radik İsaev ilk görüşünü Belçika yığma komandasına qarşı keçirib. Qarşılaşmada milli komandamız 57-31 hesabı ilə qalib gəlib.
Növbəti döyüşdə Özbəkistan komandasına da şans verməyən təmsilçilərimiz (31-11) qrup mərhələsində yerlərini möhkəmlətmiş olublar. Qrup lideri kimi yarımfinala adlayan yığmamız Cənubi Koreyanı təmsilçiləri ilə görüşdə 48-30 hesablı qələbə qazanaraq finala vəsiqəni təmin edib.
Dünya kuboku uğrunda final döyüşündə güclü İran millisi ilə qarşılaşan komandamız inamlı qələbə qazanaraq (42-23) dünya kubokuna sahib çıxıb. Cənubi Koreya və Rusiya komandaları isə bürünc medala layiq görülüblər.
Qeyd edək ki,baş məşqçi Reza Mehmandosut yarışın ən yaxşı məşqçisi, Milad Beigi Hərçəqani isə ən yaxşı kişi taekvondoçu seçilib.
Azərbaycanın Taekvondo Federasiyasının (ATF) milli komandalara nəzarət üzrə vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə Meksikaya yollanan komandamız dekabrın 14-də vətənə dönəcək.
Yuxarı
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması
Mourinyo "El-Klasiko"dan danışdı
"Sabah" "Qarabağ"dan bir addım irəlidədir" - Mütəxəssis rəyi
Misli Premyer Liqası: 9-cu turun hakimləri