“Kəpəz”in Azərbaycan çempionatlarında 300-cü səfər qolunun müəllifi olan Tural Axundov klubun saytına açıqlama verib.
Qol.Az-ın məlumatına görə, o, vurduğu qolu azarkeşlərə həsr etdiyini deyib:
" Arzu edirəm ki, qollarımızın davamı gəlsin və sayı artıraq. İnşallah, bu da olacaq. “Kəpəz”in tarixinə düşdüyüm üçün sevinirəm. Tarixi olan klubun tarixi qolunu vurmaq fəxrdir”.
“Kəpəz”in 300-cü səfər qolu yubileylə yanaşı, həm də komandanı məğlubiyyətdən xilas edib. Matçın son anlarında rəqib futbolçunun əllə oyununa görə təyin olunan 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən kapitan yekun nəticəni təyin edərək komandasına bir xal qazandırıb: “Topun arxasına keçəndə özümə əmin idim ki, qol vuracağam. Məşqlərdə həmişə belə zərbələrin üzərində işləyirəm və yaxşı da alınır. Baş məşqçimiz Şahin Diniyev də bildirmişdi ki, penalti zərbəsi olsa, mən vurum. Təbii ki, məsuliyyət böyük idi. Xüsusən də 11 metrlik oyunun sonunda, özü də hesabda geridə olan vaxt təyin olunursa, hökmən soyuqqanlı olmalısan”.
Bakıda matçın ən yaxşı futbolçusu müəyyənləşdi
"Sabah" "Barselona"ya məğlub oldu
"Real" da addım atmalıdır"
Nazirlər “Sabah” - “Barselona” oyununda - Video
Heyətdən kənarda qaldı, klubla bağlı paylaşımlarını sildi
“Latsio”nun futbolçusuna göz dikdilər
"Qızıl top" siz jurnalistlər üçündür"
"Sabah" - "Barselona": Heyətlər
Matçda iştirak etmədən 2 oyunluq cəzalandırıldı
“Nyukasl” səhmlərini satışa çıxarıla bilər
Qvardiola milli komandanı çalışdıra bilər
Səhv qərar versə də, klubdan üzr istəməyəcək
Elçin Məsiyev dünya çempionatına təyinat aldı
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
"Sabah"ın U-19 komandası "Barselona"ya 7 qolla uduzdu
“Barselona” və “Real” barışıq əldə edə bilmədi
Yunis Hüseynovun cəzası bilindi
Burnu qırılan "Qalatasaray" futbolçusu əməliyyat edildi
“Qarabağ”ın xanım azarkeşləri üçün pulsuz biletlər
Musialanın səhhəti ilə bağlı mühüm detal üzə çıxdı
Zaur Həşimovla bağlı qərar verildi - "Şəfa"da iclas
İsrail "Qalatasaray" azarkeşlərindən UEFA-ya şikayət etdi
“Tottenhem”də yeni müqavilə
"Real" PSV-ni belə darmadağın etdi - Video
İtaliya millisinin təklifini rədd etdiyini açıqladı
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda