"Qəbələ" "Krasnodar"la oyunun hazırlıqlarına start verdi

"Qəbələ" "Krasnodar"la oyunun hazırlıqlarına start verdi
XƏBƏR 8 Dekabr 2015 / 01:54 1599
-  A +

“Qəbələ” UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunun “Krasnodar”la (Rusiya) oyununun hazırlıqlarına start verib.
 
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Premyer Liqasının 15-ci turunda “Xəzər Lənkəran”la səfərdə keçirilən oyundan (1:0) sonra məşqlərinə fasilə verməyən “qırmızı-qaralar” hazırlıqlarını Bakıda davam etdirir.
 
Komanda ötən gün Bakıda məşq keçib. Futbolçular fiziki hazırlıqla kifayətləniblər. Bu gün “qırmızı-qaralar” Bakı Olimpiya Stadionunda növbəti məşqini gerçəkləşdirəcək. “Qəbələ” oyunöncəsi son məşqini dekabrın 9-da matçın baş tutacağı “Bakcell Arena”da keçirəcək.

Xatırladaq ki, qrupda son oyununa çıxacaq komandanın “Krasnodar”la dekabrın 10-da baş tutacaq qarşılaşması saat 22:00-da başlayacaq. Oyunu rumıniyalı hakimlər briqadası idarə edəcək.

Son xəbərlər