Qazaxıstanın “Astana” klubu dünən Çempionlar Liqasının “Atletiko”ya qarşı oyunundan öncə heyrət doğuracaq addım atıb.
Qol.Az-ın xəbərinə görə, qitənin ən ali klub yarışında ilk dəfə çıxış etməsinə və aşkar autsayder sayılmasına baxmayaraq, Qazaxıstan çempionu Madridə 6 əsas aparıcı oyunçusunu aparmayıb.
Onların siyahısı
Müdafiəçilər: Mariç Aniçiç, Dmitro Şomko
Yarımmüdafiəçilər: Roxer Kanyas, Nemanya Maksimoviç, Baurjan Djolçiyev və Tanat Nuserbayev (kapitan).
Məlumdur ki, adətən, güclü komandalar zəiflərlə oyunda lider futbolçularını zədədən və ya vərəqə cəzasından qorumaq üçün belə addım atır. İndiki halda “Astana”nın baş məşqçisinin belə addım atması həqiqətən təəccüb doğurub. Çünki biricisi “Astana”nın “Atletiko” kimi Avropanın nəhəng bir komandasına qarşı oynayıb. Bundan başqa, Qazaxıstan təmsilçisinin bu oyuna qədər 2 matçdan 1 xalı olub. Deməli, komadanın hətta dünənki oyuna məğlubiyyətə (0:4) baxmayaraq, indi də nəzəri baxımdan qrupdan çıxmaq şansı var.

Bununla belə, Qazaxıstan çempionu Madridə 6 oyunuçusu aparmayıb. Səbəbini isə komandanın baş məşqçisi Stanimir Stoylov matçdan öncə UEFA-nın saytına belə izah edib:
- Madrid səfər bizim 9 saat vaxtımızı aldı. Bu həftənin sonları isə bizi ölkə çempionatında “Kayrat”la vacib çempionat oyunu gözləyir. Bizim üçün ölkə çempionatında üç xal qazanmaq vacibdir. Ona görə də biz əsas oyunçularımızı Madridə gətirmədik.

Amma baş məşqçinin bu sözləri Avropa mətbuatında gülünc doğurub. Bəziləri isə hesab edir ki, Çempionlar Liqası kimi mötəbər yarışı bu dərəcədə ələ salan klub olmamışdı ki, bunu da qazaxlar etdi.
İspan jurnalistlər bildirir ki, “Astana”nın bu cür attım atması həm öz, həm də madridli azarkeşlərə qarşı sayğısızlıqdır.
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!
1000-ci oyun, 550-ci qələbə
Simoenedən Mourinyoya: "Sərhədi keçməməlisən"
Ağır məğlubiyyətdən sonra istefa verdi
Kadıköydə qol yağışı - Video
Messi 930-cu qolunu vurdu - Video
Azərbaycan millisinin düşərgəsində yaşananlar - Şəkillər