Argentina millisinin zədəli futbolçusu Lionel Messi "DÇ-2018"in seçmə mərhələsində Braziliya və Kolumbiya ilə görüşlərdə iştirak etməyəcək.
Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, "Barselona"nın futbolçusu qarşıdakı iki oyunda özünü riskə atmamaq üçün meydana çıxmaq istəmədiyini bildirib.
Argentina Futbol Federasiyası da Messinin bu qərarını anlayışla qarşılayıb. İspaniya La Liqasının 6-cı turunda "Las Palmas"la görüşdə dizindən zədə alan Messinin gələn ayın ortalarında yenidən yaşıl meydanlara qayıdacağı gözlənilir.
Qeyd edək ki, "DÇ-2018"in seçmə mərhələsində noyabrın 14-də Braziliya ilə qarşılaşacaq Argentina millisi 3 gün sonra Kolumbiya ilə üz-üzə gələcək.
Obameyanq qəzaya düşdü
Bakıda matçın ən yaxşı futbolçusu müəyyənləşdi
"Sabah" "Barselona"ya məğlub oldu
"Real" da addım atmalıdır"
Nazirlər “Sabah” - “Barselona” oyununda - Video
Heyətdən kənarda qaldı, klubla bağlı paylaşımlarını sildi
“Latsio”nun futbolçusuna göz dikdilər
"Qızıl top" siz jurnalistlər üçündür"
"Sabah" - "Barselona": Heyətlər
Matçda iştirak etmədən 2 oyunluq cəzalandırıldı
“Nyukasl” səhmlərini satışa çıxarıla bilər
Qvardiola milli komandanı çalışdıra bilər
Səhv qərar versə də, klubdan üzr istəməyəcək
Elçin Məsiyev dünya çempionatına təyinat aldı
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
"Sabah"ın U-19 komandası "Barselona"ya 7 qolla uduzdu
“Barselona” və “Real” barışıq əldə edə bilmədi
Yunis Hüseynovun cəzası bilindi