Rüşvət almaqda təqsirləndirildiyi üçün 90 gün müddətinə UEFA prezidentliyindən kənarlaşdırılan Mişel Platini FİFA-nın sabiq prezidenti Yozef Blatterdən pul almasını təsdiqləyib.
Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Platini bunu 1998-ci il keçirilən prezident seçkiləri zamanı Blatterin məsləhətçiliyini etməsi müqabilində aldığını bildirib:
"1998-ci ildə FİFA prezidentliyinə keçirilən seçkilər zaman Blatter mənə dəstəyimə ehtiyacı olduğunu söylədi. İlk əvvəl bu təklif mənə cəlbedici gəlmədi. Çünki o zamanlar "DÇ-1998"in Təşkilat Komitəsinin prezidenti idim. Lakin Blatter məndən nə qədər pul istədiyimi soruşdu. Onunla şifahi olaraq illik 1 milyon İsveçrə frankı qarşılığında anlaşdıq.

Həmin vaxt Blatterlə yazılı müqavilə imzalamağımı təmin edəcək vəkilim və ya menecerim yox idi. Nəticədə FİFA prezidenti olacaq bir insanla anlaşmışdım. Həm də isveçrəlilər üçün şifahi anlaşmanın, yazılı anlaşmaya bərabər olduğunu öyrənmişdim. Lakin Blatter FİFA-da ən yüksək maaşın 300 min frank olduğunu, buna görə də, mənə bundan artıq verə bilməyəcəklərini dedi. Daha sonra illik 300 min İsveçrə frankı dəyərində anlaşdıq və bu məbləğ də ödənilmədi. 2011-ci ildə yenidən Blatterdən pulu nə zaman ödəyəcəyini soruşdum. O isə pulun 10 gün ərzində ödəniləcəyini söylədi və belə də oldu. 10 gün sonra məbləğ hesabıma köçdü".
Cəzası ilə bağlı danışan Platini bunları deyib: "Üç ay müddətinə cəzalandım. Ancaq məni əsəbiləşdirən digər cəzalılarla eyni səviyyəyə qoyulmağımdır. Palçığın içinə sürüklənməyim utancvericidir. Artıq məsələ ilə vəkillərim maraqlanır. Lazım gəlsə, Beynəlxalq Arbitraj Məhkəməsinə (CAS) də müraciət edəcəyik. Ümid edirəm ki, məsələ tez bir zamanda həll olunacaq. FİFA-nı xilas edəcək yeganə şəxs mənəm".
Qeyd edək ki, Etika Komitəsi üzrə Arbitraj Palatasının qəbul etdiyi qərara əsasən FİFA prezidenti Yozef Blatterlə yanaşı, baş katib Jerom Valke və UEFA prezidenti Mişel Platini bütün vəzifələrindən 90 gün müddətinə kənarlaşdırılıb. Adı çəkilən şəxslər korrupsiyada təqsirli bilinirlər.
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!
1000-ci oyun, 550-ci qələbə
Simoenedən Mourinyoya: "Sərhədi keçməməlisən"
Ağır məğlubiyyətdən sonra istefa verdi
Kadıköydə qol yağışı - Video
Messi 930-cu qolunu vurdu - Video