"Hər şeydən əvvəl Allaha şükür edirəm ki, bu gün mənə meydana qayıtmaq imkanı verdi. Ailəmə təşəkkür edirəm ki, həmişə məni dəstəkləyib. Ailəmə təşəkkür edirəm ki, bu günədək mənim sağalmağımı gözləyib".
Qol.Az-ın sportnet.az saytına istinadən yaydığı məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Qarabağ"ın uzunmüddətli zədədən qayıdan futbolçusu Çumbinyo deyib. 29 yaşlı yarımmüdafiəçi zədəli olduğu müddətdə həyati baxımdan çox şey öyrəndiyini bildirib. O, artıq davamlı olaraq oynayacağıma ümid etdiyini söyləyib: "Təbii ki, meydana qayıdıb ot üzərinə çıxanda fərqli atmosferi hiss etmək mənim üçün olduqca müsbət hissdir. Ümumilikdə isə "Qarabağ"da öz işimə davam edirəm. Komandadakı hər kəsə hörmətlə yanaşaraq, öz üzərimdə durmadan çalışacağam. Yaşıl meydanlara qayıtdığım üçün çox şadam. Bundan da önəmlisi odur ki, bu gün "Qarabağ" qalib gəlib. Ona görə də olduqca məmnunam. Hər kəsə təşəkkür edirəm".
Çumbinyo "Qarabağ"ın oktyabrın 23-də Fransada "Monako" ilə keçirəcəyi Avropa Liqasının III tur matçından da danışıb: "Qurban Qurbanov futbolçuların imkanlarını düzgün dəyərləndirməyi bacarır. Əminəm ki, baş məşqçimiz komanda üçün ən uyğun qərarı verəcək və ən hazırlıqlı futbolçuları meydana buraxacaq. Çətin qrupa düşmüşük, amma mərhələ adlamağımız mümkünsüz deyil".
Qeyd edək ki, Çumbinyo 2014-cü il sentyabrın 18-də "Qarabağ"ın Fransa "Sent Etyen"i ilə keçirdiyi Avropa Liqasının qrup mərhələsinin ilk tur matçında zədələnib. Braziliyalı yarımmüdafiəçinin yaşıl meydanlara qayıdışı 13 ayadək çəkib.
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!
1000-ci oyun, 550-ci qələbə
Simoenedən Mourinyoya: "Sərhədi keçməməlisən"