“İndi daha çox məşq etməliyəm” – Neymar

“İndi daha çox məşq etməliyəm” – Neymar
XƏBƏR 18 Oktyabr 2015 / 14:51 4455
-  A +

“Barselona”nın futbolçusu Neymar İspaniya La Liqasının son turunda “Rayo Valekan”o ilə oyunda (5:2) poker etməsi haqda danışıb.

Qol.Az-ın məlumatına görə, o, İspaniya mətbuatına açıqlamasında bildirib ki, bundan sonra qol vurmaq onun üçün asan olmayacaq:

“Bilmirəm, bu məndə necə alınır. Bir oyunda 4 qol vurmağım rəqiblər üçün bir işarə oldu. Artıq onlar mənə qarşı daha diqqətli olacaqlar. Ona görə də çoxlu məşq etməliyəm”.

Qeyd edək ki, Neymar qollardan ikisini penaltidən vurub. Ümumilikdə isə braziliyalı hücumçu cari mövsüm 7 oyuna rəqib qapılarından  8 top keçirib.

Son xəbərlər
09.11.25  22:42

Məşhur klub satılır