"Debütümü səbirsizliklə gözləyirəm" – “Qəbələ”nin futbolçusu

"Debütümü səbirsizliklə gözləyirəm" – “Qəbələ”nin futbolçusu
XƏBƏR 18 Oktyabr 2015 / 13:36 6697
-  A +

"Çernomorets”lə Odessadakı yoldaslıq görüşündə diz nahiyəmdən zədələndim. Bundan sonra müalicə olunaraq, bərpa prosesi keçirəm. Artıq fərdi məşqlərə başlamışam. Düşünürəm ki, yaxın vaxtda hazır ola biləcəyəm".

Qol.Az-ın məlumatına görə, bu fikirləri “Qəbələ”nin futbolçusu Rafael Santos “Qəbələ İK”ya açıqlamasında deyib.

Millinin oyunları ilə əlaqədar hələ sentyabrda yaranan fasilə zamanı zədələnən 31 yaşlı legioner 1 aydan artıqdır oynamır. Bu səbəbdən futbolçu qrup mərhələsində meydana çıxa bilmir. Son rəsmi matçını Avropa Liqasının pley-off mərhələsində, avqustun 20-də “Panatinaikos”la Bakıdakı oyunda keçirən Rafael elə həmin matçda aldığı sarı vərəqəyə görə Afinadakı cavab matçını buraxmalı olmuşdu.

Santosun fikrincə, bu ayın sonunda komandayla birgə məşq edə biləcək: “Mənə qalsa, indi də meydana çıxmağı düşünürəm. Şəxsən özüm “Borussiya”yla Bakıdakı matçda oynamaq istərdim. Ancaq tək mənim istəyimlə iş bitmir. Həkimlərin də məsləhətinə qulaq asmaq lazımdır. Əlbəttə, “Borussiya” kimi güclü rəqiblə oyunlarda iştirak etməyi çox istəyirəm. Ümumiyyətlə, qrup oyunlarında debütümü səbirsizliklə gözləyirəm”.

Braziliyalı futbolçu “Qəbələ”nin Avropa Liqasının qrup mərhələsində çıxışıyla bağlı bunları deyib: “Oynamadığım matçları televiziyadan izləmişəm. Deyə bilərəm ki, “Qəbələ” qrupda da yaxşı təsir bağışlayır. Bu da komandamızın heyətində səviyyəli futbolçuların olmasıyla bağlıdır. İnanıram ki, qrup mərhələsini də keçib, 1/16 finala çıxa biləcəyik”.



Son xəbərlər
09.11.25  22:42

Məşhur klub satılır