"Meydanın durumu oyunumuza təsir etdi" – Samir Zərgərov

"Meydanın durumu oyunumuza təsir etdi" – Samir Zərgərov
XƏBƏR 17 Oktyabr 2015 / 18:22 3013
-  A +

"Çətin oyun oldu. Meydanın durumu da oyunumuza təsir etdi. Amma qələbə qazanmaq üçün əlimizdən gələni etdik".

Bu sözləri Qol.Az-a açıqlamasında "Qəbələ"nin futbolçusu Samir Zərgərov Premyer Liqanın 8-ci turunda "Neftçi"yə 1:0 hesabı ilə qalib gəldikləri oyun haqda danışarkən deyib.  

S.Zərgərov oyundan öncə məşq etməmələrinin onlara problem yaratmadığını bildirib: "Sevindirici haldır ki, 3 xal qazandıq. Oyundan öncə məşqə çıxmamağımız heç bir problem yaratmadı, əksinə bizim üçün rahat idi. Çalışacağıq ki, Avropa Liqasında "Borussiya" ilə oyunda da yaxşı nəticə əldə edək və turnirin qrup mərhələsində təsadüfi olmadığımızı göstərək".

Son xəbərlər
09.11.25  22:42

Məşhur klub satılır