“Yaxşı oyun oldu. İlk hissədə küləyə qarşı oynayırdıq. Buna görə də oyunumuz alınmırdı. Rəqibin azlıqda qalması işimizə yaradı.”
Bu sözləri Qol.Az saytına açıqlamasında “Kəpəz”in futbolçusu Şəhriyar Əliyev Premyer Liqamızın 8-ci turunda “Rəvan”a qalib gəldikləri oyundan (2:0) sonra deyib.
Müdafiəçi bildirib ki, əsas məqsədləri çempionatın sonuna kimi turnir cədvəlinin ilk “dördlüy”ündə qərarlaşmaqdır:” Az zaman çərçivəsində toplaşmağımıza baxmayaraq yaxşı oyun sərgiləməyə çalışırıq. Məqsədimiz yuxarı pillələr uğrunda mübarizə aparıb Avropa Liqasına vəsiqə qazanmaqdır”.
Ş.Əliyev “Rəvan”ın qapıçısı Kostyantin Maxnovskiylə arasında baş verən mübahisə haqqında da danışıb:” Arxadan ayağıma zərbə endirdi və söyüş söydü. O anda özümü güclə saxladım ki, cavab verməyim. Hakim də sağ olsun, gəlib ikimizə də sarı vərəqə göstərdi“.
Ş. Əliyev açıqlamasında növbəti turda “Xəzər Lənkaran”la keçiriləcək oyun haqda da fikir bildirib: ”Xəzər Lənkaran”la aramızda heyət baxımından ciddi fərq yoxdur. Bizim komandamız da gənc futbolçulardan təşkil olunub. Elə oyunlar olmuşdu ki, yaxşı oynasaq da, qələbə qazana bilməmişdik. Bu problemi də həll etdik. İndi qələbələri sıralamağı düşünürük”.
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!
1000-ci oyun, 550-ci qələbə
Simoenedən Mourinyoya: "Sərhədi keçməməlisən"