Fergüsson üçüncü liqa klubunda

Fergüsson üçüncü liqa klubunda
XƏBƏR 16 Oktyabr 2015 / 20:55 7167
-  A +

"Mançester Yunayted"in sabiq baş məşqçisi Ser Aleks Fergüssonun oğlu Darren Fergüssonun yeni iş yeri məlum olub.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, D.Fergüsson İngiltərənin III liqa təmsilçisi "Donkaster"i çalışdıracaq.

O, bu vəzifədə istefaya göndərilən Rob Consonu əvəzləyəcək. "Donkaster" klubu geridə qalan 11 turdan sonra 11 xalla turnir cədvəlinin 20-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, Darren Fergüsson daha öncə digər III liqa təmsilçisi "Piterboro"nu çalışdırıb. O, fevral ayında vəzifəsindən uzaqlaşdırılıb.


Son xəbərlər
09.11.25  22:42

Məşhur klub satılır