Fransanın "Monako" klubu Avropa Liqasında "Qarabağ"la keçirəcəyi qrup mərhələsinin III tur matçından öncə itkilərlə üzləşib.
Baş məşqçi Leonardu Jardim klubun tibbi heyətinin raportundan sonra xeyli qayğılanıb.
Həkimlər müdafiəçi Eldersonun Nigeriya, arxa xətt oyunçusu Fabio Koentrao və yarımmüdafiəçi Bernardo Silvanın Portuqaliya, orta xətt oyunçusu Nabil Dirarın Mərakeş, Tyemue Bakayokonun Fransa millilərindən müxtəlif əzələ və oynaq patologiyaları ilə qayıtdıqlarını bildiriblər. Üstəlik, Malidən olan yarımmüdafiəçi Adama Traorenin məşq zamanı topuğu qırılıb. Hazırda Jardimin ilk "11-liy"i müəyyənləşdirməkdə belə çətinlik çəkdiyi bildirilir.
Qeyd edək ki, "Monako" - "Qarabağ" matçı oktyabrın 22-də "II Lui" stadionunda keçiriləcək. Bundan öncə "knyazlıq klubu"nu oktyabrın 16-da "Lion"la Fransa Liqasının X tur qarşılaşması gözləyir.
Obameyanq qəzaya düşdü
Bakıda matçın ən yaxşı futbolçusu müəyyənləşdi
"Sabah" "Barselona"ya məğlub oldu
"Real" da addım atmalıdır"
Nazirlər “Sabah” - “Barselona” oyununda - Video
Heyətdən kənarda qaldı, klubla bağlı paylaşımlarını sildi
“Latsio”nun futbolçusuna göz dikdilər
"Qızıl top" siz jurnalistlər üçündür"
"Sabah" - "Barselona": Heyətlər
Matçda iştirak etmədən 2 oyunluq cəzalandırıldı
“Nyukasl” səhmlərini satışa çıxarıla bilər
Qvardiola milli komandanı çalışdıra bilər
Səhv qərar versə də, klubdan üzr istəməyəcək
Elçin Məsiyev dünya çempionatına təyinat aldı
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
"Sabah"ın U-19 komandası "Barselona"ya 7 qolla uduzdu
“Barselona” və “Real” barışıq əldə edə bilmədi
Yunis Hüseynovun cəzası bilindi