“Qəbələnin Avropa Liqasındakı rəqibi Dortmund “Borussiya”sının uzun müddətdir zədədən əziyyət çəkən futbolçuları artıq sağalıb.
Qol.Az-ın məlumatına görə, bu bərədə klubun rəsmi saytına komandanın baş məşqçisi Tomas Tuxler məlumat verib.
42 yaşlı mütəxəssis bildirib ki, Marsel Şmeltser Bundesliqada bu həftə “Maynts”la matçda oynamayacaq: “Şmeltser zədəsini sağaltsa da, tam hazır olmadığından onu “Maynts”la matçda meydana buraxmayacam. Amma o gələn həftə Avropa Liqasında “Qəbələ” ilə səfər matçında oynaya bilər”.
Dortmund klubunun çalışdırıcısı eyni zamanda digər zədəlilər Erik Drum və Nuri Şahin haqqında da danışıb: “Drum və Nuri Şahinin də vəziyyətləri yaxşılaşmaq üzrədir. Hər iki futbolçu yenidən komandaya qoşulmaq üçün əllərindən gələni edir. Tezliklə onlar da komandaya kömək edəcək”.
Tomas Tuxel milli komandaların heyətindən qayıdan futbolçuların son durumu haqda da məlumat verib: “Bütün milli komandaların heyətində olan futbolçularımız artıq geri qayıdıb. Düzdür, onlarda yorğunluq hiss olunur, amma bu, bizim üçün problem olmamalıdır. Qarşıdan gələn oyuna komandamız hazır olacaq”.
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!
1000-ci oyun, 550-ci qələbə